26 Aprel 2018 04:04
523
Elm və texnika
A- A+

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində ən mühüm tədbirlərindən biri məktəblərin milliləşdirilməsi olub

Aprelin 26-da Təhsil Nazirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) birgə təşkilatçılığı ilə professor-müəllim heyətinin, doktorantların və gənc tədqiqatçıların beynəlxalq elmi konfransı keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş konfransa Kiyev Milli İnşaat və Memarlıq Universitetindən, Ufa Dövlət Texniki Universitetinin Memarlıq İnşaat İnstitutundan və digər universitetlərdən, ölkəmizin aparıcı ali təhsil müəssisələrindən 100-dən çox mütəxəssis qatılıb. Konfransda, eyni zamanda, dövlət qurumlarından, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, İqtisadiyyat İnstitutundan nümayəndələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək xatirəsini ehtiramla yad edib, büstü qarşısına əklil qoyublar.

Sonra tədbir öz işini universitetin konfrans zalında davam etdirib. Təhsil Nazirliyinin nümayəndəsi Yaşar Ömərov konfransın işinə uğurlar arzuladıqdan sonra plenar məruzələr dinlənilib. Təşkilat komitəsinin sədri, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “Azərbaycan Xalq Cümhuriyyəti: Şərqin ilk demokratik respublikası” mövzusunda məruzəsində 1918-ci il mayın 28-də xalqımızın həyatında misilsiz hadisə baş verdiyini, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulduğunu bildirib. Rektor qeyd edib ki, cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb. O, dövlətimizin başçısı tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və bu təşəbbüsün hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandığını söyləyib.

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov “Azərbaycan təhsili Xalq Cümhuriyyəti illərində” məruzəsində qeyd edib ki, AXC fəaliyyəti dövründə bir çox sahələrdə mühüm addımlar atıb, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları qurub, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib. M.Mərdanov bildirib ki, AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri də hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi təşəbbüsü olub. Azərbaycan Hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verib. AXC-nin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi olub.

Ümumilikdə iki gün davam edəcək konfransın 8 bölmə iclasında Azərbaycan, rus və ingilis dillərində 174 məruzə dinləniləcək. Konfransda memarlıq, inşaat, su təsərrüfatı və ekologiya, təbiət elmləri, mexanika və informasiya texnologiyaları, iqtisadiyyat, dilçilik və ictimai elm sahələrini əhatə edən mövzularda müzakirələr aparılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video