Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

06:23 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda beşinci beynəlxalq elmi konfransın iştirakçılarına
ANA SƏHİFƏ / Məktublar
03:04 26.04.2018

Hörmətli konfrans iştirakçıları!

Sizi ürəkdən salamlayır, soyqırımı problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıram.

Bu günlər xalqımıza qarşı 1918-ci ildə millətçi erməni-daşnak və bolşevik silahlı dəstələri tərəfindən törədilmiş soyqırımının 100 illiyinə təsadüf edir. Həmin dövrdə ölkəmizin müxtəlif regionlarını bürümüş milli-dini zəmində kütləvi qətl və talanlar konfransın təşkil olunduğu Qusar ərazisində də xüsusi amansızlıqla həyata keçirilmişdir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyəti tarix boyu xalqımızın məruz qaldığı etnik təmizləmə, deportasiya, terror və soyqırımı aktlarının ağrı-acısını unutmur, verdiyi qurbanların xatirəsini daim uca tutur.

Hazırda dünyada sülh və əmin-amanlığa qarşı təhdidlərin artması xalqların dinc birgəyaşayışına və qarşılıqlı faydalı əməkdaşlığına ciddi təhlükə yaradır. Təəssüf ki, milli, irqi və dini ayrı-seçkilikdən doğan ekstremist fəaliyyət və terror müasir dövrün acı reallığına çevrilmişdir. Beynəlxalq birliyin planetimizin müxtəlif guşələrində cərəyan edən qanlı münaqişələrə və kütləvi zorakılıq hallarına ikili standartlar prizmasından yanaşması həmin dəhşətli bəlaların qarşısının alınması yolunda böyük maneə yaradır.

Dünyanı qanlı faciələrdən, dağıdıcı qüvvələrin qeyri-insani əməllərindən qorumaq üçün bütün etnik təmizləmə və soyqırımı hadisələrinin obyektiv hüquqi və siyasi qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Ona görə də tarixin qaranlıq səhifələrinin dərindən araşdırılması, gerçək fakt və dəlillərə söykənən həqiqətlərin aşkara çıxarılaraq, geniş ictimaiyyətə çatdırılması ədalətli qərarların qəbul olunmasında vacib rol oynaya bilər.

İnanıram ki, bugünkü konfransda aparılan səmərəli müzakirələr soyqırımların tədqiqi sahəsində formalaşmış müsbət elmi ənənələri davam etdirəcək, dünya alimlərinin sanballı əsərlərinin işıq üzü görməsinə təkan verəcəkdir. Bu şərəfli və məsuliyyətli işinizdə hər birinizə uğurlar arzulayıram.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 aprel 2018-ci il.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM