26 Aprel 2018 03:04
344
Mədəniyyət
A- A+

Kərim Tahirov: Bu gün Mir Cəlal Paşayevin əsərləri dünyanın 50-dək kitabxanasında qorunur

Bu gün o, bütün dünya dillərinə tərcümə olunan roman, povest və hekayə müəllifi kimi xatırlanır. O, hansı sahədə qələmini sınayıbsa, həqiqətən yaradıcılığı yadda qalan olub. Əlbəttə, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ədəbiyyatın elmi, həm də bədi qanadının inkişafında böyük xidmətləri olan Mir Cəlal Paşayev öz yaradıcılığı ilə sözünü demiş şəxsiyyətlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu sözləri M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov görkəmli ədib Mir Cəlalın 110 illiyinə həsr edilmiş “Mir Cəlal Paşayev-110” adlı kitab sərginin açılış mərasimində səsləndirib.

Ədibin zəngin və çoxşaxəli yaradıcılığından danışan K.Tahirov deyib ki, Mir Cəlal Paşayevin bütün əsərlərinin özülü real həyatdan götürülüb.

“Onun əsərləri hamı üçün sevilən və hamı tərəfindən qəbul olunan real həyatın əksi kimi tədqiqat obyektinə çevrilib. Təvazökar yaradıcılığa və xarakterə malik olan böyük alim Mir Cəlal Paşayev hər zaman özünün xeyirxahlığı və insanpərvərliyi ilə ətrafın sevimlisinə çevrilib. O, nə qədər təvazökar, sakit alim təəssüratı bağışlasa da, yaradıcılığı olduqca peşəkar və şedevr idi. Mir Cəlal Paşayevin yaradıcılığı bu gün bütün dünyada təbliğ və tədqiq olunur. Bu gün dünyanın 50-dək kitabxanasında Mir Cəlal Paşayevin əsərləri qorunur. Milli Kitabxana onun xatirəsini əbədiləşdirmək üçün möhtəşəm bir biblioqrafiya hazırlayıb. Bu biblioqrafiya onun yaradıcılığına qoyulmuş ən böyük abidələrdəndir. Bu abidədə onun yaradıcılığı bütöv şəkildə əhatə olunub. Böyük alimin ədəbi yaradıcılığı elmi yaradıcılığı ilə paralel şəkildə inkişaf edib. Onun “Füzuli sənətkarlığı” əsəri bu gün bizim ali və orta ixtisas məktəblərinin stolüstü kitabına çevirilib. Bu əsər böyük Füzuli yaradıcılığına ithaf edilmiş möhtəşəm əsər hesab edilir. Alimin ədəbi irsi bütün dünya kitabxanalarında təbliğ edilir. Bu istiqamətdə Milli Kitabxana əhəmiyyətli işlər aparır. Əsrlər keçsə də Mir Cəlal yaradıcılığı tədqiqat obyekti olacaq, bir alim kimi xatirəsi əbədi olaraq yaşayacaq”, - deyə Milli Kitabxananın direktoru qeyd edib.

Milli kitabxananın direktor müavini Ədibə İsmayılova görkəmli ədibin yaradıcılığı haqqında məlumat verərək, onun elmi fəaliyyətindən və Azərbaycan ədəbi mühitinin inkişafındakı xidmətlərindən bəhs edib.

Sonra qonaqlara kitab sərgisi ilə tanış olublar. Bir həftə davam edəcək sərgidə ədibin 200-dən çox kitabı, elmi əsərləri yer alır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video