25 Aprel 2018 05:04
517
Təhsil
A- A+

“ADA” Universitetində hüquqşünaslıq ixtisası açılıb

 

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən “ADA“ Universiteti 2018-2019-cu tədris ili üçün elan etdiyi bakalavr ixtisaslarına hüquqşünaslıq ixtisası əlavə edib. Universitetin bu qərarı Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dəstəklənib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əyani və ödənişli olan hüquşünaslıq ixtisasına qarşıdan gələn tədris ilində 40 bakalavr yeri ayrılıb. Abituriyentlər sənədlərini Dövlət İmtahan Mərkəzinin III qrup üzrə imtahan nəticələri əsasında verə biləcəklər.

“ADA” Universitetindəki digər ixtisaslarda olduğu kimi, hüquqşünaslıq ixtsası üzrə təhsil dördillikdir və ingilis dilində aparılır. İxtisas fənlərinin bir qismi Azərbaycan dilində tədris ediləcək. Sentyabrda dərsə başlayacaq tələbələr ilk tədris ilini ingilis dili səviyyəsini bu sahə üzrə ali təhsil ala biləcək səviyyəyə qaldırmağa sərf edəcəklər. İngilis dili məqbul olan tələbələr isə birbaşa bakalavriat proqramına başlaya biləcəklər. Tədris proqramı sosial və humantiar elmlər, riyaziyyat və məntiq, akademik yazı və liderlik bacarıqları üzrə ümumi təhsili, həmçinin ixtisas fənləri və karyeraya hazırlıq mərhələsini əhatə edir. Tələbələrə “ADA” Universitetinin əməkdaşlıq etdiyi dünyanın 60 aparıcı ali təhsil ocağının birində bir semestrlik təhsil mübadiləsi imkanı veriləcək.

Yeni ixtisas “ADA” Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun tərkibində açılıb. İnstitutun dekanı Elnur Soltanov qeyd edib ki, bu sahə üzrə gənc kadrların ingilis dilində təhsil alması ölkəmizdə keyfiyyətcə yeni hüquq mütəxəssisləri hazırlmağa imkan yaradacaq: “Son bir il ərzində üzərində işlədiyimiz tədris proqramı dünyanın ən aparıcı hüquq təhsili proqramları üzərində qurulub və güclü təhlil qabiliyyətli, kritik hüquq düşüncəli, yüksək etik dəyərlərə malik gənc kadrların hazırlanmasına istiqamətlənib. İxtisas fənləri arasında hüquq fəlsəfəsi, konstitusiya hüququ, mülki hüquq, cinayət hüququ, biznes, maliyyə bazarları, əqli mülkiyyət, vergi, insan haqları, informasiya texnologiyaları və digər institusional sahələrə aid qanunvericilik və məhkəmə təcrübəsi tədris ediləcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video