Alternative content

03:40 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyevadan
Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyevadan
ANA SƏHİFƏ / Məktublar
04:04 25.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik. Gürcüstan azərbaycanlıları ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinə səs verən xalqımızın seçimini alqışlayır və sevincinə şərik olur. Əminik ki, möhtərəm Prezidentimizin liderliyi ilə Azərbaycan dünyanın siyasi arenasında mövqeyini daha da gücləndirəcək.

Cənab Prezident, doğma Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayır, xalqımıza sülh və rifah diləyirik.

Hörmətlə,

 

Leyla Əliyeva

Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru,

Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi