Alternative content

07:54 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AMEA-da konfrans: “Sələflər və xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemlər”
AMEA-da konfrans: “Sələflər və xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemlər”
ANA SƏHİFƏ / Elm və texnika
01:04 25.04.2018

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Sələflər və xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Türk Dil Qurumunun fəxri üzvü, görkəmli türkoloq, leksikoloq, şərqşünas, tərcüməçi, professor Vaqif Aslanovun 90 illik yubileyinə həsr olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu V.Aslanovun həyat və fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki,. Azərbaycan türkologiyasının fəxri sayılan V.Aslanov 1972-ci ildə AMEA-nın Dilçilik İnstitutunda türk dilləri şöbəsinin ilk müdiri seçilib. Görkəmli alim Azərbaycan dilinin və klassiklərin dilinin araşdırılması yolunda zəhmət və biliyini əsirgəməyib.

Konfransda “Görkəmli dilçi-alim Vaqif Aslanov”, “Türk dünyasının görkəmli türkoloqu V.Aslanovun elmi irsi”, “Vaqif Aslanov və yazıyaqədərki Azərbaycan dili tarixinin məsələləri” mövzularında məruzələr dinlənilib.