25 Aprel 2018 12:04
1060
ELANLAR
A- A+

“Azərişıq” Mərkəzi Aran rayonlarında elektrik şəbəkələrini yenidən qurur

 

Yeni yarımstansiyalar tikilir, hava xətləri yenilənir, transformatorlar və sayğaclar dəyişdirilir

 

“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti, yenidənqurma, bərpa işlərini Mərkəzi Aran regionunda da davam etdirir. Daha dəqiqi Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş elektrik şəbəkələr yenidən qurulur. Texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye və digər inkişafda olan iqtisadi obyektlərin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün 2018-ci ilin birinci rübündə ciddi işlər görülüb və hazırda da görülməkdədir.

 Belə ki, hazırda Tərtər rayonunda 110/35/6 kv-luq “Tərtər”,  Ağdaş rayonunda isə 110/35/10 kv-luq “Ağdaş” yarımstansiyası tikilərək tam yenidən qurulur və hazırda sözügedən ərazilərdə ciddi iş aparılır.

Mingəçevir  Elektrik Şəbəkəsinin xidməti  ərazisində isə  35/6 kV-luq “Yeni Mingəçevir” yarımstansiyası tikilərək istifadəyə verilib. Eyni zamanda “Yeni Mingəçevir” yarımstansiyasını qidalandırmaq üçün yüksək gərginlikli 35 kv-luq 2 dövrəli yeraltı kabel və 6 kv-luq 2 dövrəli hava xətti çəkilib. Bundan başqa, şəhər istiqamətində 6 kV-luq 2 hava xətti yenidən qurulub, 2 hava xəttində isə yenidənqurma işləri hazırda davam etdirilir.

Yevlax rayonunda da “Yeni Mingəçevir” yarımstansiyasından qidalanan 6 kv-luq Mingəçevir şəhəri ətrafında yerləşən kəndləri qidalandıran 14 və 54 saylı hava xətləri yenidən qurulub, yeni 2 dövrəli hava xətti çəkilib. Həmin xətlərin üzərində olan Havarlı, Bəydilli, Hacıselli, Marzılı, Gülövşə, Əkşəm, A.Bucaq, Yenicə, Aşağı Salamabad, Yuxarı Salamabad və Əcəmi kəndlərində köhnə 0,4 kv-luq hava xətləri ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellərlə əvəz olunub və bu ərazilərdə 43 ədəd yeni KTM (Komplekt Transformator Məntəqəsi) quraşdırılıb. O cümlədən rayonun Qaraməmmədli və Meyvəli kəndlərində 0,4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə yenidən qurulub və hal-hazırda bu işlər Kövər kəndində davam etdirilir.

Bərdə rayonunun Lənbəran kəndində 0,4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə tam yenidən qurulub, 6 ədəd yeni KTM quraşdırılıb. Qasımbəyli, Otuzikilər, Hacallı, Qaradəmirçi, Zümürxan, Uğurbəyli Qarayusifli, Bala Göyüşlü, Böyük Qəcər kəndlərinin bir hissəsinin 0,4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yenisi ilə dəyişdirilib. Hal-hazırda Xanərəb kəndinin 10 və 0.4 kv-luq EVX-lərində yenidənqurma işləri aparılır.

Göyçay Elektrik Şəbəkəsinin xidməti ərazisində Mollahacılı, Bəydövül, Şıxbəy, Yalman, Potu kəndlərində 0,4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz edilib, hazırda Qarayazı kəndində 10 və 0,4 kv-luq EVX-lərdə yenidənqurma işləri aparılır.

Goranboy rayonunun Abbasqulular kəndində də 10 və 0,4 kv-luq EVX-lərdə yenidənqurma işləri davam edir.

Ucar Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Gəraybəyli, Qazıqumlaq və Bərgüşad kəndlərində 0,4 kv-luq hava xətlərinin bir hissəsi ÖİN kabellə əvəz olunub və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilib. Türkəci kəndində isə hava xətləri tamamilə ÖİN kabellərlə əvəzlənib. Hazırda Ucar rayonunun mərkəzində yerləşən 20 Yanvar küçəsində 0,4 kv-luq hava xətlərinin ÖİN kabellərlə əvəz olunması işləri aparılır.

Ağsu Elektrik Şəbəkəsinin xidməti ərazisində rayonun Abbasxanlı, Cəlayir, Kəndoba və Gəgəli kəndlərinin bir hissəsində  0,4 kv-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunmuş və köhnə sayğaclar yeni sayğaclarla dəyişdirilmişdir. Yenidənqurma işləri Ağsu rayonunun mərkəzində də aparılıb və yeni KTM-lər quraşdırılıb.

Kürdəmir rayonunun Qarasaqqallı, Xırdapay, Atakişili, Axtacı-Qarabucaq Yeni Şıxımlı, Çərtəyəz kəndlərində və  şəhərətrafı ərazilərdə hava xətləri də yenidən qurulub və hazırda Sor-Sor kəndində 10 və 0,4 kv-luq hava xətlərində yenidənqurma işləri aparılır.

Ağdaş rayonunda 10 kv-luq Xosrov hava xəttindən qidalanan Qülbəndə kəndi ərazisində 10 və 0,4 kv-luq hava xətləri yenidən qurulur. Ağdaş rayonunun Qaradağlı, Aralbir, Eymur, Qaradeyin kəndlərinin bir hissəsində 0,4 kV-luq hava xətləri ÖİN kabel xətləri ilə əvəz olunub, köhnə sayğaclar yeni sayğaclarla əvəzlənib.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video