Alternative content

16:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Monteneqronun Sosialistlərin Demokrat Partiyasının sədri Milo Cukanoviçdən
Monteneqronun Sosialistlərin Demokrat Partiyasının sədri Milo Cukanoviçdən
ANA SƏHİFƏ / Məktublar
06:04 24.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Monteneqronun Sosialistlərin Demokrat Partiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayır və ən xoş diləklərimi çatdırıram.

Seçkilərdəki inamlı qələbəniz Azərbaycan xalqının ölkənin sabit və firavan gələcəyini təmin edəcək, zəngin siyasi təcrübəyə malik əsl lider kimi Sizə göstərdiyi böyük dəstəyin və etimadın əyani sübutudur.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro və Azərbaycan arasındakı mövcud yüksək səviyyəli əlaqələri daha da dərinləşdirməyə hazır olduğumu məmnuniyyətlə bildirirəm.

Ölkələrimiz arasındakı əlaqələrə və ümumilikdə ikitərəfli münasibətlərimizə töhfələr verən və Yeni Azərbaycan Partiyası ilə Monteneqronun Sosialistlərin Demokrat Partiyası arasında Anlaşma Memorandumu ilə tənzimlənən əməkdaşlığımıza çox böyük önəm verirəm.

Əminəm ki, böyük potensiala malik olan dostluq və tərəfdaşlıq əlaqələrimiz gələcək illərdə də hər iki tərəfin maraqlarına uyğun şəkildə daha da inkişaf edəcəkdir.

Ən dərin ehtiramımı və dost salamlarımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Milo Cukanoviç

Monteneqronun Sosialistlərin Demokrat Partiyasının sədri

Podqoritsa şəhəri, 14 aprel 2018-ci il