Alternative content

14:49 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib
Azərbaycanın mədəni turizm potensialı Bolqarıstanın Veliko Tırnovo şəhərində nümayiş etdirilib
ANA SƏHİFƏ / Mədəniyyət
05:04 24.04.2018

 

Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən 15-ci “Mədəni turizm” Beynəlxalq Sərgisində Azərbaycan da təmsil olunub. Ölkəmizin milli stendi Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan stendinə baxmağa gələnlərə xalqımızın mədəniyyəti, tarixi, adət-ənənələri, ölkəmizin turizm nailiyyətləri, turizm marşrutları barədə ətraflı məlumat verilib, broşür və suvenirlər paylanılıb, habelə Azərbaycan xalçaları və sənətkarlıq nümunələri nümayiş etdirilib. Sərgidə Azərbaycanın istehsalı olan nar şirəsi və şərabların dequstasiyası keçirilərək ölkəmizin üzümçülük və şərabçılıq ənənələri, eləcə də “Made in Azerbaijan” brendinə daxil olan şərablar haqqında məlumat verilib.

Veliko Tırnovo vilayətinin qubernatoru Lubomira Popova və şəhərin meri Daniel Panov Azərbaycan stendini ziyarət ediblər. Onlara ölkəmizin mədəniyyəti və turizm imkanları barədə məlumat verilib. Sərginin sonunda Azərbaycan stendi fəxri sertifikatla təltif edilib.

Sərgiyə paralel olaraq, Bolqarıstanın Turizm Nazirliyinin himayəsi ilə Turizm Film Festivalların Beynəlxalq Komitəsinin üzvü olan “Avropanın Şərq Sahilində” adlı 14-cü Bolqarıstan Beynəlxalq Turizm Film Festivalı keçirilib. Festivalda Azərbaycanın Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı təqdim edilib. Bu reklam çarxı festival çərçivəsində keçirilən müsabiqədə ölkənin lakonik və dinamik təqdimatına görə “Korporativ turizm filmi” kateqoriyası üzrə mükafatlandırılıb. On nəfərdən ibarət münsiflər heyəti müvafiq nominasiya üzrə mükafata təqdim edilmiş 11 namizəd arasından Azərbaycanın reklam çarxını seçib. Beləliklə, “Bakı, Azərbaycan – ulduzların sizin üçün parladığı yer” adlı reklam çarxı üç qalibin sırasında olub. Festivalda təbiət və ekoturizm, idman və macəra, tarix və mədəniyyət, inanc və adət-ənənələr kateqoriyalarında da mükafatlar olub. Filmlər 3 gün ərzində Veliko Tirnovo şəhərinin sakinlərinə və qonaqlarına təqdim edilib.

Qeyd edək ki, 15-ci “Mədəni Turizm” Beynəlxalq Sərgisi Bolqarıstanın Turizm və Mədəniyyət nazirliklərinin dəstəyi və Veliko Tırnovo şəhərinin Bələdiyyəsi, Bolqarıstanın Turoperatorları və Səyahət Agentlikləri Assosiasiyası (ABTTA), Bolqar Otel və Restoranlar Assosiasiyası və “Tsarevgrad Tarnov” Bələdiyyə Turizm Agentliyinin birgə təşkilatçılığı ilə mədəniyyət irsi üzrə Avropa ili çərçivəsində keçirilib. Sərgidə Bolqarıstan, Azərbaycan, Braziliya, Vyetnam, Fələstin, Cənubi Afrika Respublikası, Çin, Çexiya, Slovakiya, Polşa, Macarıstan və Yunanıstan daxil olmaqla tanınmış və ekzotik turizm məkanlarını nümayiş etdirən 50-dək şirkət və qurum iştirak edib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM