Alternative content

14:05 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya alimləri Azərbaycanın irsinin öyrənilməsi və populyarlaşdırılması layihəsini müzakirə ediblər
Dünya alimləri Azərbaycanın irsinin öyrənilməsi və populyarlaşdırılması layihəsini müzakirə ediblər
ANA SƏHİFƏ / Mədəniyyət
05:04 24.04.2018

“Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində Azərbaycanın memarlıq abidələrinin və digər irs nümunələrinin qorunub saxlanması və öyrənilməsi məsələlərinə həsr edilmiş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat mərkəzində həmçinin, Azərbaycanın memarlıq, mədəni, mənəvi, etnoqrafik və tarixi irsinin öyrənilməsi və populyarlaşdırılması ilə məşğul olan Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və Türkiyə alim və tədqiqatçılarının daxil olduğu işçi qrupun üzvləri ilə görüş də təşkil edilib.

Görüşdə qeyd olunub ki, bütün Qafqazda olduğu kimi, Azərbaycanda da hələ uçota alınmamış, öyrənilməmiş və mühafizə edilməyən zəngin irsin pasportlaşdırılması zəruridir.

Bu məqsədlə Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü, UNESCO-nun mənəvi ənənələrin komparativ (müqayisəli) tədqiqi və dinlərarası dialoq kafedrasının, habelə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə müxtəlif ölkələri təmsil edən alim və tədqiqatçılardan ibarət işçi qrup yaradılıb. İşçi qrupun tərkibinin genişləndirilməsi nəzərdə tutulur.

Bütün regionun etnoqrafik və mədəni irsinin öyrənilməsi, pasportlaşdırılması və qorunub saxlanması layihəsinin konsepsiyasını hazırlamaq nəzərdə tutulub.

Birinci mərhələdə (2018-ci il aprelin 24-29-da) Azərbaycanın qərb bölgəsində qədim abidələrin, qəbiristanların, qoçdaşların (totemlər sayılan daş qoç və at heykəllərinin), habelə mühafizə edilməsinə və bərpa olunmasına ehtiyac duyulan ibadət yerlərinin pasportlaşdırılması üzrə pilot layihəsi başlanacaq.