Alternative content

11:56 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstanın Acariya Muxtar Respublikasında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Gürcü–Azərbaycan xeyriyyəçilik Cəmiyyətinin prezidenti Vidadi Axundovdan
Gürcüstanın Acariya Muxtar Respublikasında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Gürcü–Azərbaycan xeyriyyəçilik Cəmiyyətinin prezidenti Vidadi Axundovdan
ANA SƏHİFƏ / Məktublar
01:04 24.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Gürcüstanın Acariya Muxtar Respublikasında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Gürcü–Azərbaycan Xeyriyyəçilik Cəmiyyəti Sizi prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edir.

Yenidən Prezident seçilməyiniz xalqın Sizin rəhbərliyinizlə aparılan siyasətə yüksək etimadının və dəstəyinin təzahürüdür. Aprelin 11-də Azərbaycan xalqı öz iradəsini ifadə etməklə, ölkənin tərəqqisinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş quruculuq siyasətinizi hərtərəfli dəstəklədiyini bütün dünyaya nümayiş etdirdi. Seçkilərdə inamlı qələbəniz ali dövləti vəzifənizin həyata keçirilməsində Sizin xalq qarşısında xidmətlərinizin və siyasi nüfuzunuzun parlaq sübutudur.

Gürcüstanın Acariya Muxtar Respublikasında yaşayan azərbaycanlılar dahi Heydər Əliyevin əsasını qoyduğu və Sizin davam etdirdiyiniz konstruktiv, sülhsevər xarici siyasət xəttini alqışlayır və ürəkdən bəyənirlər.

Çox hörmətli cənab Prezident, Gürcüstan ilə Azərbaycan arasında çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. Gürcüstanın Acariya Muxtar Respublikasındakı Azərbaycan diasporu əmindir ki, Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı yardımın misli görünməmiş səviyyəsi bundan sonra da hər iki qardaş xalqın rifahı naminə əlaqələrimizin inkişafı və möhkəmlənməsi üçün sarsılmaz zəmin olacaqdır.

Acariya azərbaycanlıları azərbaycançılıq məfkurəsinə tam sadiq olduqlarını bəyan etməklə, Sizə – dünya azərbaycanlılarının liderinə səmimi qəlbdən möhkəm cansağlığı, rifah, Azərbaycan naminə ali dövləti vəzifənizdə uğurlar arzulayırlar.

Dərin hörmət və ehtiramla,

 

Vidadi Axundov

Gürcüstanın Acariya Muxtar Respublikasında fəaliyyət göstərən

Mirzə Fətəli Axundov adına Gürcü–Azərbaycan xeyriyyəçilik

Cəmiyyətinin prezidenti