Alternative content

17:14 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın qədim yaşayış məskənindən tapılmış kömürün yaşı təyin edilib
Azərbaycanın qədim yaşayış məskənindən tapılmış kömürün yaşı təyin edilib
ANA SƏHİFƏ / Elm və texnika
12:04 24.04.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) yaradılan arxeoloji tapıntıların tarixləndirilməsi qrupu yaş təyini ilə bağlı apardığı tədqiqatlarda yeni nəticə əldə edib.

RPİ-dən AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin kiçik elmi işçisi Aybəniz Əhədova Cəlilabad rayonundakı Polutəpə qədim yaşayış məskənindən götürülmüş kömür parçasının yaşını radiokarbon metodu ilə təyin edib və nəticə olaraq həmin kömürün eramızdan əvvəl 4600-cü ilə aid olduğunu sübut edib.

Qeyd edək ki, qrup tərəfindən aparılan tədqiqatlarda arxeoloji tapıntıların yaşı üç müxtəlif metodla aparılır.