Alternative content

10:04 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda elmi-nəzəri konfrans keçirilib
“Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda elmi-nəzəri konfrans keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
12:04 24.04.2018

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan mədəniyyət tarixinin problemləri əlyazmalarda” mövzusunda XVI ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən təşkil edilib.

AZƏRTAC xəbər verir ki, plenar iclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin Sərəncamının 31 mart soyqırımı qurbanlarının xatirəsinə dərin hörmət və ehtiramın göstəricisi olduğunu deyib. O bildirib ki, erməni millətçiləri zaman-zaman tarixi situasiyadan istifadə edərək “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Belə soyqırımlarından biri də 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilib. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin göstərişi ilə erməni daşnak silahlı dəstələri minlərlə insanı amansızlıqla məhv edib. Bakı şəhərində, digər şəhər və qəzalarda tarixi, mədəni abidələrimiz, məscidlərimiz dağıdılıb. Ermənilərin xalqımıza qarşı törətdiyi bu cür faciələrin araşdırılması və dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başladılıb.

Konfransda “Erməni vandalizmi”, “1918-ci ilin mart hadisələri sənədlərdə (Əlyazmalar İnstitutunun materialları əsasında)”, “Erməni terroru, yaxud M.S.Ordubadinin “Vətən fəryadnaməsi”, “Məhv edilmiş kitabxana”, “Qanlı hadisələrin xatirələrdə əksi”, “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində mart soyqırımı faktları” mövzularında məruzələr dinlənilib.

Konfrans işini bölmələrdə davam etdirib.