Alternative content

23:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Neftçalada 39 min 555 nəfər kütləvi tibbi müayinədən keçirilib
Neftçalada 39 min 555 nəfər kütləvi tibbi müayinədən keçirilib
ANA SƏHİFƏ / Səhiyyə
12:04 24.04.2018

Neftçalada əhalinin pulsuz tibbi-profilaktik müayinəsi uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya başlanandan – fevralın 12-dən bu günə kimi rayon üzrə 39 min 555 nəfər sakin tibbi müayinədən keçirilib.

Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsindən AZƏRTAC-a bildirilib ki, humanitar aksiya rayon üzrə 64 min 544 nəfər sakini əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində iki daimi, bir səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb edilib. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə olunur.

Artıq 52 yaşayış məntəqəsindən 34-də, 80 təşkilatın isə hamısında kütləvi tibbi müayinələr başa çatıb.

Aksiyanın yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı bir kənd xəstaxanası,15 həkim məntəqəsi, 100-dən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Müayinələr zamanı xəstəlik aşkarlanan 3139 nəfər ambulator, 17 xəstə stasionar müalicəyə cəlb olunub, 1 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 11 xəstə isə müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.

Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirirlər.