Alternative content

08:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İranda Azərbaycan dilində film çəkilişinə icazə veriləcək
İranda Azərbaycan dilində film çəkilişinə icazə veriləcək
ANA SƏHİFƏ / Mədəniyyət
11:04 24.04.2018

 

İranda Azərbaycan dilinin inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirməyə hazırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın mədəniyyət və İslam irşad naziri Seyid Abbas Salehi deyib.

Onun sözlərinə görə, rejissorlar Azərbaycan dilində film çəkmək, yazıçılar isə Azərbaycan dilində əsər yazıb çap etdirmək üçün nazirliyə müraciət etsələr onlara sözsüz icazə veriləcək.

Təbriz şəhərinin 2018-ci il üçün İslam aləminin turizm paytaxtı elan edilməsi münasibətilə keçirilən tədbirdə iştirak edən nazir onu da bildirib ki, milli dildə teatr tamaşalarının nümayişində də problem olmayacaq.

S.A.Salehi Təbriz şəhərinin İranın iqtisadi və siyasi həyatında mühüm rol oynadığını vurğulayıb.

Nazir qeyd edib ki, tədbirlər çərçivəsində Prezident Həsən Ruhaninin iştirakı ilə “Azərbaycan dilində düzgün danışaq” kitabının təqdimat mərasimi keçiriləcək.