24 Aprel 2018 09:04
3916
Turizm
A- A+

Avstriyanın ən tirajlı gündəlik qəzeti Azərbaycanın turizm imkanlarından yazır

Avstriyanın ən böyük tirajlı gündəlik “Kronen” qəzetinin “Reisezeit” (Səyahət zamanı) buraxılışında Azərbaycana həsr olunmuş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, qəzetin səyahət yazarı Karl Qrammerin qələmə aldığı “Qafqazda dövran dəyişimi” sərlövhəli məqalənin girişində turistlərin Azərbaycan və Gürcüstan kimi ölkələri hələ də yaxşı tanımadıqları qeyd edilir. Hər iki ölkədə səyahətdə olan müəllif əlavə edir ki, bu vəziyyət tezlikdə dəyişəcək, çünki həm Bakı, həm də Tbilisidə bu istiqamətdə əsl canlanma ab-havası hökm sürür.

Hər iki şəhərin turistik məkanlarının əks olunduğu məqalədə əsas foto kimi dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa olunmuş Heydər Əliyev Mərkəzi göstərilir. Yerli bələdçi ilə Bakı və onun ətrafındakı gəzməli-görməli yerlərə baş çəkən məqalə müəllifi turistlər üçün maraqlı ola biləcək mövzulara toxunub.

Azərbaycanın tarixi inkişafından müasir dövrünə ekskursiya edən müəllif əsas diqqəti bu həftənin sonunda Bakıda keçiriləcək “Formula-1” yarışlarına yönəldir. Qeyd edilir ki, mavi ekranlar qarşısına toplaşan milyonlarla tamaşaçı Xəzər dənizi sahilindəki metropolda Sebastian Vettel, Levis Hamilton və digərlər pilotların möhtəşəm avtoyarışını böyük zövqlə seyr edəcəklər.

Məqalənin yekununda bildirilir ki, istər motorlu idman, istər 2012-ci ildə Bakının ev sahibliyi etdiyi “Avroviziya” mahnı müsabiqəsi, istərsə də ölkənin mədəni zənginliyi olsun, bu gün diqqət mərkəzində dayanan Qafqaz ölkələrinin bir əsas hədəfi var. Bu ölkələr əsrlər boyu məşhur İpək Yolu zamanında malik olduqlarını - Şərq və Qərb arasında səyahət edən səyyahlar üçün əsrarəngiz məkanların mövcudluğunu yenidən göstərmək istəyirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video