Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

22:51 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Masallıdakı Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə keçirilib
Masallıdakı Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda mühazirə keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 24.04.2018

 

Aprelin 20-də Masallı şəhərindəki “ASAN həyat” kompleksinin nəzdindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan kino incəsənəti” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi Rafiq Quliyevin mövzu ilə bağlı mühazirəsi dinlənilib.

Milli kinonun yaranmasının, onun tərəqqisinin ölkələrin inkişaf tarixi ilə sıx bağlı olduğunu vurğulayan R.Quliyev bu sənətin Azərbaycanda XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli iqtisadi, sosial-mədəni yüksəliş dövründə meydana gəldiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, ilk Bakı fotoqraflar dərnəyinin yaradıcısı Aleksandr Mişonun 1898-ci ildə çəkdiyi və həmin ilin avqust ayının 2-də nümayiş etdirilən “Bibiheybət neft mədənlərində yanğın”, “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsində sübh çağı” və digər sənədli, eləcə də “İlişdin” adlı bədii süjetlərlə fəaliyyətə başlayan Azərbaycan kinosu qısa müddətdə milli mədəniyyətin, sosial həyatın ayrılmaz tərkib hissəsinə çevrildi.

Həmin dövrdə “Bismillah”dan “Almaz”a qədər səssiz filmlərin çəkilişi Azərbaycanın kino incəsənətində realist üslubun göstəricisi idi. 1925-1936-cı illərdə lentə alınmış “Bismillah”, “Sevil”, “Gilan qızı”, “İsmət”, “Lətif”, “Almaz” və digər səssiz filmlərin, Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanovun kinoya gəlişi, 1939-cu ildə çəkilən “Kəndlilər” filminin uğur qazanması məhz bu amillə bağlıdır.

Mühazirədə bildirilib ki, İkinci Dünya müharibəsində çəkilən filmlərin azlığına baxmayaraq, Azərbaycan kinosunda sənədli filmlərin çəkilişinə daha çox yer verilirdi. 1940-1960-cı illərdə “Arşın mal alan”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Ögey ana”, “Əhməd haradadır?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” bədii filmləri ekranlara çıxdı. Ötən əsrin 60-70-ci illərində Azərbaycan kinosuna yeni nəslin gəlməsi ilə bu sənət sahəsinin yeni inkişaf dövrü başlandı. 

Diqqətə çatdırılıb ki, keçən əsrin 90-cı illərində SSRİ dağılsa da, dövlətin himayə etdiyi kinematoqrafiya fəaliyyətini davam etdirdi. “Özgə vaxt”, “Yarasa”, “Hər şey yaxşılığa doğru”, “Nabat”, “Çölçü”, “Çövkən” və digər filmlər beynəlxalq festivallarda uğurlar qazanaraq kinomuzun müasir görkəmini dünya tamaşaçısına sərgilədi və Azərbaycanı bütün dünyaya tanıtdı.

Mühazirə dinlənildikdən sonra “Çövkən” sənədli filmi nümayiş etdirilib. “Salnamə” kinostudiyasında lentə alınmış filmin ssenari müəllifi və rejissoru əməkdar incəsənət xadimi Rafiq Quliyevdir. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM