Alternative content

16:22 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri David Aptsiauridən
Gürcüstanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri David Aptsiauridən
ANA SƏHİFƏ / Məktublar
09:04 23.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqı Sizə səs verməklə şəxsən Zati-alinizə, həmçinin Azərbaycan rəhbərliyinin daxili və xarici siyasət kursuna dərin etimad və ehtiramını əyani sübut etdi.

Şadam ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik ənənələrini Siz və ailəniz ləyaqətlə və şərəflə davam etdirirsiniz.

Məmnunluqla qeyd edim ki, hazırda çalışdığım Çində Azərbaycanın nüfuzu durmadan artmaqdadır.

Tələbəlik illərimizi hər zaman xoş xatirələrlə yada salır, həyatımızın müxtəlif mərhələlərindəki dostcasına görüşlərimizi səmimi duyğularla xatırlayıram. Daimi diqqətinizə və əvəzsiz dəstəyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim.

Sizə, gözəl və istedadlı ailənizə qardaş Azərbaycanın rifahı naminə möhkəm cansağlığı, xoşbəxtlik və böyük uğurlar diləyirəm.

Dərin hörmət və səmimi hisslərlə,

 

David Aptsiauri

Gürcüstanın Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM