23 Aprel 2018 03:04
492
Elm və texnika
A- A+

Ukrayna nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəvəti ilə Bakıda səfərdə olan Kiyev və Xarkov şəhərlərinin aparıcı texniki ali məktəblərinin professor və müəllimlərindən ibarət nümayəndə heyəti aprelin 23-də Fəxri xiyabanda ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə güllər qoyublar. Azərbaycanın Milli Qəhrəmanı, əslən Xarkovdan olan Viktor Seryoqinin də xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi, Ukrayna Elmlər Akademiyasının akademiki, azərbaycanlıların “Xalq Diplomatiyası İnstitutu” İctimai Təşkilatının Elmi Şurasının İdarə Heyətinin rəhbəri Arif Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlığın qurulması, təcrübə mübadiləsi, təcrübə və praktikaların təşkili, Ukrayna və Azərbaycanın aparıcı texniki ali məktəbləri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi məqsədi ilə ölkəmizdə səfərdədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video