Alternative content

07:29 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vaşinqtonda Qara Qarayevin 100 illiyinə həsr edilmiş klassik musiqi gecəsi keçirilib
Vaşinqtonda Qara Qarayevin 100 illiyinə həsr edilmiş klassik musiqi gecəsi keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
02:04 23.04.2018

Vaşinqton kafedral kilsəsində ABŞ-da yaşayan azərbaycanlı orqançalan Cəmilə Cavadova-Spitzberqin konserti olub. Bu kilsə rəsmi ibadət mərasimlərinin, o cümlədən ABŞ prezidentinin dövlət başçısı vəzifəsinin icrasına başlaması şərəfinə dörd ildə bir dəfə inauqurasiya tədbirlərinin yekununda inauqurasiya ibadətinin keçirildiyi məkan kimi məşhurdur.

AZƏRTAC xəbər verir ki, Vaşinqton kafedral kilsəsinin keşişi Bencamin Streyli tədbiri açaraq, tamaşaçılara Cəmilə Cavadova-Spitzberqin fəaliyyəti və Qara Qarayevin yaradıcılıq irsi barədə məlumat verib. Konsert proqramında Qərbin tanınmış klassik bəstəkarları Bax və Mendelsonun əsərləri ilə yanaşı, Azərbaycan bəstəkarlarının kompozisiyaları da səslənib. Vaşinqton auditoriyasına təqdim edilən əsərlər arasında Qara Qarayevin fortepiano prelüdlərinin professor Tahirə Yaqubova tərəfindən orqan üçün transkripsiyası və Vasif Adigözəlovun “Muğam-fantaziya” əsəri də səslənib.

Rəmzi məna daşıyan bu konsert görkəmi Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illiyi münasibətilə ABŞ-da nəzərdə tutulan proqramlar silsiləsinə daxildir. Qeyd etmək lazımdır ki, ABŞ paytaxtında kafedral kilsədə Azərbaycan bəstəkarlarının orqan üçün əsərləri indiyə qədər heç vaxt ifa edilməyib. Cəmilə Cavadova-Spitzberq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 iliyi ərəfəsində Azərbaycan musiqisindən ibarət proqramla çıxış edən ilk orqançalandır. “Ernest M. Skinner və oğlu” şirkəti tərəfindən qurulmuş böyük kilsə orqanının könül oxşayan səsi və Cəmilə Cavadova-Spitzberqin çıxışı gurultulu alqışlarla qarşılanıb. Konsertdə yerli klassik musiqi həvəskarları ilə yanaşı Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, diplomatik missiyanın əməkdaşları, ABŞ-dakı Azərbaycan icmasının Vaşinqtonda və onun ətrafında yaşayan üzvləri də iştirak edirdi.

Cəmilə Cavadova-Spitzberq tanınmış musiqiçi və pedaqoqdur. Amerikada çıxan klassik musiqi jurnalı onun koloritli və parlaq çıxışlarını yüksək qiymətləndirib. Orqanda ifa üzrə doktorluq dərəcəsi almış ilk azərbaycanlı musiqiçi olan, hazırda ABŞ-ın Texas ştatındakı Arlinqton Dövlət Universitetində dərs deyən Cəmilə Cavadova-Spitzberq ABŞ-da, postsovet ölkələrində, habelə Hollandiya, Almaniya, Böyük Britaniya, Fransa, Danimarka və digər ölkələrdə konsert proqramları ilə çıxış edib. Onun təsis etdiyi “Azərbaycan-Amerika Musiqi Fondu” adlı qeyri-hökumət təşkilatı Azərbaycan klassik musiqisinin ABŞ-da təbliği ilə məşğuldur.

Artıq xəbər verdiyimiz kimi, “Azərbaycan-Amerika Musiqi Fondu” görkəmli Azərbaycan bəstəkarı, pedaqoq və ictimai xadim Qara Qarayevin anadan olmasının100 illiyinə şərəfinə cari ilin yanvar ayında 2018-c ili “Qara Qarayev ili” elan edib və bu münasibətlə ABŞ-ın müxtəlif şəhərlərində onu yaradıcılığına həsr edilmiş tədbirlər və konsertlər keçirir.