Alternative content

01:53 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Zehni fəaliyyəti gücləndirmək yolları
Zehni fəaliyyəti gücləndirmək yolları
ANA SƏHİFƏ / Səhiyyə
12:04 23.04.2018

 

Rusiya Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Qida İnstitutunun alimləri müxtəlif qidaların beyin fəaliyyətinə təsirini öyrənərək maraqlı nəticəyə gəlmişlər. Məlum olmuşdur ki, beyin hüceyrələrinin fəaliyyətini ən adi qida məhsullarının köməyi ilə stimulə etmək olar. Əsas məsələ hansı məhsulun tərkibində nəyin nə qədər olduğunu bilməkdir.

AZƏRTAC tibbi saytlara istinadla xəbər verir ki, beyin mürəkkəb mexanizmdir və onun normal fəaliyyəti üçün 100 milyarddan artıq sinir hüceyrələri çoxlu miqdarda enerji alır və qəbul edilən qidadan alınan enerjinin 20 faizini mənimsəyir. Ona görə də elə qidalar yeyilməlidir ki, onlardan alınan enerji orqanizm üçün yetərli olsun.

Kök - yaddaşı möhkəmləndirir, maddələr mübadiləsini stimullaşdırır. Tələbə və məktəblilərin imtahandan əvvəl sürtgəcdən keçirilmiş kökə bitki yağı qatıb yeməsi məsləhətdir.

Ananas - yaradıcı peşə ilə məşğul olanlar üçün vacibdir. Yaddaşda irihəcmli mətnlər və notların saxlanmasına yardım edir. Onun tərkibində olan C vitamini qısa vaxtda fikirləri toplamağa kömək edir.

Avokado - tərkibində çoxlu miqdarda yağ turşuları olduğundan qısa müddətli yaddaş üçün yaxşı mənbədir.

Baş soğan - zehni və psixi pozğunluğu aradan qaldırır, qanı durulaşdırır, beynin oksigenlə təminatını asanlaşdırır.

Qoz - sinir sistemini möhkəmləndirir, baş -beynin fəaliyyətini stimullaşdırır. Məsuliyyətli məruzə, çıxış və tədbirlərə hazırlaşanlar üçün qoz yemək çox faydalıdır.

Krevetkalar - gün ərzində 100 qram yeyilməsi beyni yağ turşuları ilə təchiz edərək diqqəti möhkəmləndirir.

Əncir -tərkibindəki maddələrə görə aspirinə yaxındır, yəni beyni təmizləyir və yeni ideyalara olan həssaslığını artırır. Əncirin tərkibində olan efir yağları qanı durulaşdırır, beyni oksigenlə yaxşı təchiz edir.

Zirə - tərkibində olan efir yağları sinir sistemini stimullaşdırır, 1 stəkan suda 2 çay qaşığı zirənin quru kütləsini dəmlənilib içilməsi çox faydalı təsir göstərir.

Kələm - qalxanvarı vəzinin aktivliyini azaldır, sinir sistemini sakitləşdirir.

Limon - informasiyaların qəbulunu asanlaşdırır, tərkibindəki C vitamininin yüksək miqdarı iş qabiliyyətini artırır.

Qaragilə - baş -beynin qan dövranını yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir göstərir.

İstiot - gün ərzində 2-3 dəfə qırmızı istiotdan istifadə etmək məsləhətdir.

Ginko-biloba - beyinə kifayət qədər oksigen və qidalı maddələr daxil olmasını təmin edir, sinir hüceyrələrinin qocalmasının qarısını alır.

Balıq - tərkibindəki fosfor, yod və kalium sinir sisteminin normal fəaliyyəti üçün vacibdir.