Alternative content

01:45 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Fərmanlar
01:04 22.04.2018

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816 VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 538 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 475; 2003, № 6, maddə 290; 2010, № 1, maddə 8; 2011, № 10, maddə 890) ilə təsdiq edilmiş “Əfvetmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 8.1-ci bəndə “islah işləri,” sözlərindən sonra “azadlığın məhdudlaşdırılması,” sözləri əlavə edilsin.

2. 13-cü bənddə “İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin” sözləri “Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2018-ci il