Alternative content

16:21 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada “İrs-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Moskvada “İrs-Naslediye” jurnalının növbəti nömrəsi çapdan çıxıb
ANA SƏHİFƏ / Mədəniyyət
01:04 22.04.2018

 

Moskvada nəşr olunan “İrs-Naslediye” jurnalının yeni nömrəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” məqaləsinin ikinci hissəsi dərc edilib.   

AZƏRTAC xəbər verir ki, Əli Həsənov məqalənin ikinci hissəsində Xocalı faciəsi zamanı dəhşətli hadisələrdən bəhs edərkən 1992-ci ildə dünya mətbuatında dərc olunmuş materiallardan sitatlar gətirir. Müəllif oxucuları Parisdə çıxan “Valer aktual” jurnalı və “Le Monde” qəzeti, Britaniyanın “The Sunday Times”, ABŞ-ın “Washington Post”, Rusiyanın “İzvestiya” qəzetləri və digər nəşrlərin bu mövzudakı materialları ilə tanış edir.     

Məqalədə Britaniyanın “The Sunday Times” qəzetinin 1992-ci il 1 mart tarixli nömrəsində dərc olunmuş materialdan sitat gətirilir: “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar. Sağ qalanlar deyirlər ki, ermənilər 450-dən artıq azərbaycanlını güllələmişlər, onların da çoxu qadınlar və uşaqlardır. Yüzlərlə, bəlkə də minlərlə adam

itkin düşmüşdür. Xocalıdan qaçan digər qadınlarla və uşaqlarla bir yerdə Ağdama gəlmiş Raziyə Aslanova deyir ki, onlara ardı-arası kəsilmədən atəş açırdılar. İnsanları diri-diri yandırır, başlarının dərisini soyurdular. Dediyinə görə, əri, qaynı və kürəkəni qətlə yetirilmiş, qızı isə itkin düşmüşdür”.

Ə.Həsənov xatırladır ki, bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, 2002-ci il fevralın 25-də isə ulu öndər Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini açıb göstərib. Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bu baxımdan Heydər Əliyev Fondu sistemli və ardıcıl fəaliyyət göstərir.

Ə.Həsənov məqaləsində yazır ki, Heydər Əliyev Fondu müxtəlif ölkələrdə faciə haqqında həqiqətlərin yayılması istiqamətində genişmiqyaslı tədbirlər keçirir. 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilib.

Məqalədə vurğulanır ki, 2011-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Şurasının sessiyasında Xocalı faciəsini “insanlığa qarşı törədilmiş kütləvi cinayət” kimi tanımağa çağıran Bəyannamə qəbul edilib. Müəllif yazır: “Bu tanınma 2009-cu ildən həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyətinin məntiqi nəticəsi olmuşdur. Onu da qeyd etmək vacibdir ki, münaqişə ilə bağlı qəbul edilmiş beynəlxalq sənədlər arasında bu qətnamədə ilk dəfə olaraq Xocalı faciəsinə soyqırımı aktı səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” məqaləsinin sonuncu hissəsi jurnalın növbəti nömrəsində dərc olunacaq.

Nəşrin baş redaktoru Musa Mərcanlının “Redaktorun sütunu” rubrikasında dərc edilmiş “Lələtəpədən Şuşayadək” məqaləsində qeyd olunur ki, jurnalın hazırkı nömrəsinin işıq üzü görməsi 2016-cı ildə Azərbaycan-Ermənistan cəbhə xəttində baş vermiş Aprel döyüşlərinin ildönümünə təsadüf edir. Baş redaktor diqqətə çatdırır ki, bütün Azərbaycan xalqı Lələtəpənin əsrin dörddəbirinə yaxın müddətə qədər uzanan “nə sülh, nə müharibə” şəraitində həlledici dönüş nöqtəsi olacağına, Azərbaycan bayrağının vaxtilə Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhəri üzərində dalğalanacağına ümidvardır və bunu səbirsizliklə gözləyir. M.Mərcanlı vurğulayır ki, 2018-ci ildə xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edir. Bu əlamətdar bayram münasibətilə jurnalın ingilis dilində versiyası olan “IRS-Heritage”in xüsusi buraxılışı çapdan çıxacaq. Önəmlisi odur ki, buraxılışın müəlliflərinin böyük əksəriyyəti xarici ekspertlərdir.  

Jurnalın bu nömrəsində oxuculara “Müasir Azərbaycan - AXC-nin layiqli xələfi”, “XX əsrdə Azərbaycanda talanlar”, “İrəvan necə Ermənistanın paytaxtı oldu?”, “2016-cı ilin Aprel döyüşləri - Qarabağın azad olunmasının müjdəçisi” və digər məqalələr təqdim edilib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM