Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

00:54 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında ənənəvi “Açıq qapı” günü keçirilib
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialında ənənəvi “Açıq qapı” günü keçirilib
ANA SƏHİFƏ / Təhsil
12:04 22.04.2018

Aprelin 21-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında ənənəvi “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin foyesində abituriyentləri maraqlandıran informasiya, Filiala qəbul qaydalarına və burada tədris sisteminə dair ədəbiyyat və kitabçalar olan stendlər qoyulub. Abituriyentlər bu universitetə 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının şərtləri və qaydaları ilə tanış ola, filologiya, kimya, riyaziyyat, psixologiya, iqtisadiyyat, fizika fakültələrində bakalavr hazırlığı barədə ətraflı informasiya ala biliblər. Qeyd edilib ki, filologiya fakültəsinin bazasında rus dili və ədəbiyyatı, habelə müasir Qərbi Avropa dilləri (ingilis, fransız, italyan, ispan dilləri və ədəbiyyatı) bölmələri fəaliyyət göstərir. İqtisadiyyat fakültəsinin iki bölməsində - iqtisadiyyat və menecment bölmələrində mütəxəssislər hazırlanır. Filialın magistratura bölməsinə qəbul filologiya, riyaziyyat və kompüter elmləri, kimya, psixologiya, iqtisadiyyat (beynəlxalq biznes) istiqamətləri üzrə həyata keçirilir. M.V.Lomonosov adına MDU-nun Bakı Filialında ənənəvi “Açıq qapı” günü adətən abituriyentlərin və onların valideynlərinin böyük marağına səbəb olur. Tədbirə qatılan altı yüzdən çox iştirakçı üçün universitetin iki zalı ayrılıb.

MDU-nun mexanika-riyaziyyat fakültəsinin ümumi topologiya və həndəsə kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi görüşü açaraq, abituriyentləri və onların valideynlərini salamlayıb. O, çıxışında vurğulayıb ki, M.V.Lomonosov adına MDU-nun Bakı Filialı 2008-ci ildə Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılıb və bu tədris ilində Filialın onuncu ildönümü tamam olur.

O deyib: “M.V.Lomonosov adına MDU-nun Bakı Filialının rektoru, akademik Nərgiz Paşayevanın sayəsində bu on il ərzində universitet böyük nailiyyətlər əldə edib. Filialın fəaliyyəti üç fakültədən – tətbiqi riyaziyyat, kimya və filologiya fakültələrindən başlayıb. Sonralar universitetin təhsil sahəsi genişləndikcə, psixologiya, iqtisadiyyat və fizika fakültələri açılıb. 2012-ci ildə Xocasən qəsəbəsində mükəmməl kampus inşa edilib. Tələbələrin dərin biliklərə yiyələnməsi, istirahəti və yaşaması üçün burada hər cür şərait yaradılıb. Filialın tədris fəaliyyəti M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə və innovativ texnologiyalardan və metodlardan istifadə olunmaqla həyata keçirilir. Beləliklə, Filialın tələbələri Bakını tərk etmədən Moskva Dövlət Universitetində təhsil alırlar. Bakı Filialının məzunlarına M.V.Lomonosov adına MDU-nun diplomu təqdim edilir. MDU-nun diplomu bütün dünyada tanınır. Odur ki, universitetin məzunları işlə təmin olunmaq, təhsilini nüfuzlu xarici ali məktəblərdə davam etdirmək üçün gözəl imkan əldə edirlər. Filialda təhsil əvvəlcə dörd il ərzində bakalavriat proqramı üzrə aparılır, sonra arzu edənlər iki il ərzində magistraturada oxuya bilərlər. Filialda əsasən MDU-nun professor-müəllim heyəti dərs deyir. Özlərini elmi fəaliyyətə həsr etmək istəyənlər təhsillərini aspiranturada, Moskvada davam etdirə bilərlər”.

Filialda həm tələbələr, həm də müəllimlər üçün hər cür şərait yaradılıb. Onun çox zəngin kitabxanası var. Kimya, fizika və psixologiya fakültələri nəzdində 20 laboratoriya ən müasir avadanlıqla təchiz edilib. Bu avadanlıq tədris prosesini və elmi–tədqiqat işi ilə bağlı məşğələləri təmin etmək üçün zəruri olan, demək olar, istənilən mürəkkəb eksperimental tədqiqatlar aparmağa imkan verir. Filialın tələbələri texniki cəhətdən təchiz edilmiş geniş auditoriyalarda təhsil alırlar. Kampusda idman kompleksi var, arzu edənlər yataqxana ilə təmin olunur. Filialın kampusunda 2012-ci ildən fəaliyyət göstərən yataqxanalarla bərabər, Moskvadan gəlmiş müəllimlər üçün daha bir yeni, üçmərtəbəli yataqxana binası ötən il inşa edilərək istifadəyə verilib. Hazırda kampusun yataqxanalarında 200-dən çox tələbə və MDU-nun 80 müəllimi yaşayır.

MDU-nun Bakı Filialının qəbul komissiyasının məsul katibi, fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko qəbul qaydaları haqqında ətraflı məlumat verib. Filialda iyulun 6-dan 12-dək keçiriləcək qəbul imtahanlarına buraxılmaq üçün abituriyentlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi birinci (yaz) imtahanda hər hansı ixtisas qrupu üzrə bakalavriat proqramı ilə ali məktəbə qəbul olunmaq üçün 300 və ya daha çox bal toplamalıdırlar. Özü də toplanmış ballar yalnız imtahana buraxılmağa imkan verir və Filiala daxil olan zaman toplanan balların üzərinə əlavə olunmur, yəni universitetə qəbul əlavə imtahanlar verməklə, müsabiqə əsasında aparılır.

Bir fakültəyə (bir neçə tədris proqramına, yaxud bir neçə hazırlıq istiqamətinə, yalnız bir fakültə çərçivəsində. Bu zaman prioritet göstərilir) yalnız bir ərizə verilə bilər. Birinci kursa qəbul haqqında ərizə elektron formada verilir. Ərizə forması www.msu.az saytında, yaxud http://dim.gov.az/ saytında doldurulur. Elektron-rəqəmsal imza olmadıqda, sənədləri rahat şəkildə vermək üçün abituriyent www.msu.az saytında, yaxud DİM-in http://dim.gov.az / saytında qeydiyyata düşə bilər.

Qəbul imtahanlarından kəsilən abituriyentlər DİM-in Azərbaycanın başqa ali məktəblərinə qəbul üzrə keçirdiyi müsabiqədə iştirak edə bilərlər. Filiala qəbul olunmuş şəxslər DİM siyahılarından çıxarılır və Azərbaycanın digər ali məktəblərinə daxil olmaq üçün müsabiqələrdə iştirak etmirlər. Tədbirdə magistraturada təhsil almağın qaydaları barədə də məlumat verilib.

M.V.Lomonosov adına MDU-nun aparıcı müəllimləri – fizika-riyaziyyat elmləri doktoru, MDU-nun fizika fakültəsinin ümumi fizika kafedrasının müdiri, MDU-nun fizika fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə cavabdeh olan professor Aleksandr Saletski, MDU-nun psixologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə cavabdeh olan Leonid Nikolayeviç Babanin, MDU-nun filologiya fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Valeriya Baqryantseva, kimya elmləri doktoru, professor Aleksey Kopılov, fizika-riyaziyyat elmləri doktoru, MDU-nun mexanika-riyaziyyat fakültəsinin professoru Qriqori Aleksandroviç Çeçkin, MDU-nun iqtisadiyyat fakültəsinin elmi-tədris işinin əlaqələndirilməsinə məsul olan Ceyhun Hüseynov abituriyentlərə və onların valideynlərinə filologiya, kimya, riyaziyyat, psixologiya, iqtisadiyyat, fizika fakültələrinə qəbul qaydaları və həmin fakültələrin tədris fəaliyyətindən danışıb, onları maraqlandıran suallara cavab veriblər.

Tədbirin rəsmi hissəsindən sonra Xocasəndə universitetin kampusunda abituriyentlər və onların valideynləri üçün ekskursiya təşkil edilib və fakültələrin təqdimatı keçirilib.

Universitetin fəaliyyəti ilə www.msu.az saytında daha ətraflı tanış ola, maraqlandığınız bütün suallar üçün [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərsiniz.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM