22 Aprel 2018 12:04
528
Elm və texnika
A- A+

Tbilisidə “Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

Aprelin 21-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın 9-cu panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın keçirildiyi zalda Heydər Əliyev guşəsi yaradılmışdı. Guşədə Heydər Əliyevin fəaliyyətindən bəhs edən kitablar, fotoşəkillər sərgilənib.

Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

“Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” adlı paneldə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

İclasda ölkələrimiz arasındakı qədim dostluq münasibətlərinin tarixinə nəzər salınıb, müstəqillik illərində əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunub.

Tbilisi Dövlət Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri, professor Davit Qoçiridze tədbiri açaraq Azərbaycan-Gürcüstan münasibətlərindən söz açıb, bu cür tədbirlərin əlaqələrimizin inkişafında mühüm rol oynadığını bildirib. O, Heydər Əliyevin multikulturalizm və dövlətçilik ideyasının bütün dünya üçün nümunə olduğunu qeyd edib. Bildirib ki, ilk dəfə dünya azərbaycanlılarının qurultayının keçirilməsi, Azərbaycanda bütün dinlərin vəhdətinin təşkili Heydər Əliyev siyasətinin nümunəsidir.

Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Heydər Əliyevin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman Gürcüstanla münasibətlərə böyük önəm verib. Azərbaycan çətin dövrlərində həmişə Gürcüstanın yanında olub.

Diplomat Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri regional layihələrin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edib.

Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdiyini vurğulayan səfir deyib ki, dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Gürcüstan arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O, mövcud münasibətlərin bundan sonra da daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tbilisi Dövlət Universitetinin professoru Kaxaber Loriya deyib ki, Gürcüstan dövlətinin möhkəmlənməsində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş strateji enerji, nəqliyyat layihələrinin böyük rolu olub.

Sonra Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin professoru Revaz Diasamidze, Tbilisi Dövlət Universitetinin professorları Vasili Kaçarava, Mariam Mandjqaladze, Qeorqi Kvikadze və başqaları çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasında və inkişafında Heydər Əliyevin xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafında tarixi rolu var. Gürcü xalqı Heydər Əliyevin bu xidmətlərini yüksək qiymətləndirir, onun xatirəsini əziz tutur.

Çıxışlarda qeyd edilib ki, Gürcüstanın və Azərbaycanın ümumi maraqları və ərazi bütövlüyü ilə bağlı eyni problemi var. Hər iki dövlət bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır.

Konfransın “Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasında Heydər Əliyevin rolu” bölməsində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan və Azərbaycan ali məktəblərinin professorları, elmi işçiləri və Tbilisi Dövlət Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər doktoru Aidə Yusifzadə bildirib ki, Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konfransın və panel iclaslarının məqsədi Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyası barədə müzakirələr aparmaq, Ulu Öndərin dərin dövlətçilik ideologiyasının əhəmiyyətini açıqlamaqdır. Dünyanın 11 ölkəsinin 13 universitetində mövzu ilə əlaqədar panel iclaslar təşkil olunur. Sayca 9-cu olan panel iclas bu gün Gürcüstanın paytaxtında keçirilir.

Sonra iclasda müxtəlif mövzular üzrə məruzələr dinlənilib.

Aidə Yusifzadə “Heydər Əliyev siyasətində multikultural cəmiyyətin qurulması”, ADU-nun dosenti Aqil Şahmuradov “Neft sahəsində Azərbaycan-Gürcüstan münasibətləri”, TDU-nin professoru Mariyam Mandjqaladze və ADU-nun dosenti Sevda İmanova “Müstəqillik illərində Azərbaycanın və Gürcüstanın dil siyasəti”, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi və bu universitetin professoru Revaz Diasamidze “Multikulturalizm sosial sabitliyin ideoloji və siyasi amili kimi” mövzularda məruzə ediblər.

Məruzələr ətrafında çıxışlar olub, elm xadimləri bu və digər mövzularla bağlı fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.

Xatırladaq ki, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın bağlanışı mayın 4-5-də Bakıda olacaq. Bağlanış mərasimində 11 ölkənin universitetlərinin və digər beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video