21 Aprel 2018 04:04
523
Səhiyyə
A- A+

Fiziki qüvvə əqli qabiliyyətə təsir edir

“Sağlam bədəndə sağlam ruh olar” deyimi tam həqiqəti əks etdirir. Britaniyalı alimlər fiziki və intellektual inkişaf arasında bağlılığı araşdırmaq məqsədilə yarım milyon insanın iştirakı ilə tədqiqat aparıblar. Onlardan təxminən 1000 nəfəri psixi xəstəliklərdən əziyyət çəkənlər olub.

AZƏRTAC “MedDaily” saytına istinadla xəbər verir ki, Mançester Universitetinin əməkdaşları tədqiqat iştirakçılarının fiziki gücünü ölçüblər. Onlar, həmçinin könüllülərə məntiq, diqqət və yaddaş üzrə bir neçə tapşırıq yerinə yetirməyi təklif ediblər. Tədqiqatlar göstərib ki, fiziki cəhətdən möhkəm insanlar tapşırıqların öhdəsindən daha yaxşı və daha tez gəliblər. Psixi xəstəliklərdən əziyyət çəkənlər isə onların rejiminə fiziki məşqlər daxil ediləndən sonra koqnitiv testləri daha yaxşı yerinə yetiriblər.

Bundan əvvəl Pensilvaniya Universiteti beynin intellektual vasitələrini necə səfərbər etməyi aydınlaşdırıb. Alimlər beynin dərin elektrostimulyasiyasına razılıq verən 11 nəfərdən ibarət qrup toplayıblar. Bütün könüllülərdə Parkinson xəstəliyi diaqnozu olub. Beynin qara substansiyası adlanan hissəsi stimulyasiyaya məruz qalıb. Bu zona hərəki fəallıq, əzələ tonusu, tənəffüs, ürək fəaliyyəti və damarların tonusunun nizama salınması üçün mühümdür.

Tədqiqatın müəllifi Qordon Baltaçın sözlərinə görə, stimulyasiyanın köməyi ilə zədə və nevroloji pozuntudan sonra koqnitiv qabiliyyətləri bərpa etmək mümkündür. Bu üsul narkomaniya və asılılığın digər növlərinin müalicəsinə də uyğundur. Stimulyasiya narkotik qəbulundan sonra yaranan məmnunluq hisslərinə olan bağlılığı pozur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video