Alternative content

03:50 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Günəş şüalarının orqanizmə təsiri
Günəş şüalarının orqanizmə təsiri
ANA SƏHİFƏ / Səhiyyə
01:04 21.04.2018

Günəş canlılar üçün həyat mənbəyidir, onun orqanizmə sonsuz faydası var. Onlardan ən əsası isə bir çox xəstəliyin müalicəsində əhəmiyyətli rol oynayan antibakterial təsirdir.

AZƏRTAC xəbər verir ki, günəşin fotosintez, D vitamini yaranmasını təmin etmək, istilik və işıq yaymaq, mikrobları öldürmək və insan psixologiyasına müsbət təsir göstərmək kimi böyük əhəmiyyəti var.

D vitamini uşaq və yaşlılar üçün xüsusilə xeyirlidir, bədəndəki kalsium tarazlığını qoruyur, sümüklərin və bədən quruluşunun inkişafında mühüm rol oynayır. Bəzi dəri xəstəliklərinin müalicəsi üçün də günəş şüaları məsləhət görülür. Günəş işığı həm də estetik görünüş verir, xoşbəxtlik hormonu ifrazını artırır, əhvali-ruhiyyəni yaxşılaşdırır. Günəşdən gələn üç cür şüa var və onların hər birinin fərqli təsiri var.

Əvvəllər yer səthinə A və B ultrabənövşəyi şüaları çatırdı, indi onlara S şüası da əlavə olunub. S şüaları ozon təbəqəsinin ən zərərli şüa növüdür. Əməliyyat otaqlarında sterilizasiya məqsədilə istifadə edilir. A ultrabənövşəyi şüaları radiasiya, dərinin erkən yaşlaşması və qırışların yaranmasına səbəb olur. B şüaları dərinin üst təbəqəsinə nüfuz edir və yay aylarında daha çox təsir göstərir. Melaninlə əlaqəyə girəndə gözəl piqmentasiya yaradır, yəni uzun müddət arzu edilən qaralmaya səbəb olur. B və S ultrabənövşəyi radiasiyaları birlikdə dəri xərçəngi riskini artırır.

Günəşin zərərli təsirindən qorunmaq yolları var. Mütəxəssislər gələcəkdə müxtəlif xəstəliklərə düçar olmamaq üçün günəş şüalarının mənfi təsirlərindən vaxtında qorunmağı məsləhət görürlər. Günün altında geniş kənarları olan şlyapa qoymaq, eynək taxmaq, açıq rəngli yüngül geyimlərdən istifadə edilməlidir. Günəşdən qoruyan möhkəm toxumalı paltarlar geyinmək lazımdır. Buludlu havalarda günəş radiasiyası yarıbayarı azalır, buna baxmayaraq həmin hava şəraitində də qorunmaq, kölgədə qalmağa çalışmaq lazımdır. Ona görə də günorta saatlarında açıq havada olmaq məsləhət deyil. Bol maye qəbul etmək də vacib şərtlərdən biri sayılır.