Alternative content

18:26 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yasəmən gülünün suyu içilir, yarpaqlarından maska hazırlanır
Yasəmən gülünün suyu içilir, yarpaqlarından maska hazırlanır
ANA SƏHİFƏ / Səhiyyə
12:04 21.04.2018

Əsasən tropik və subtropik bölgələrdə yetişən yasəmənlər bəyaz, bəzən qırmızı və ya sarı rəngli ləçəklərə sahib olan xoş ətirli bitkidir. Yarpaqlarına görə iki növü var: ilboyu yaşıl yarpaqlı və qışda yarpaqlarını tökən. Onlardan ən məşhuru adi yasəməndir.

AZƏRTAC ekoloji saytlara istinadən xəbər verir ki, bölgənin iqlimindən asılı olaraq həmin çiçəklər bəzi yerlərdə qışda yarpaqlarını tamam tökür. Yazın əvvəlindən payızın axırlarına qədər çiçək açan həmin növün kiçik, tünd yaşıl yarpaqları, xoş ətirli bəyaz çiçəkləri var. Çiçəkləri beş tac yarpaqdan ibarətdir.

Qış yasəməni adlandırılan növ isə yarpaqlarını tökməsinə baxmayaraq, ulduzşəkilli sarı-qızılı çiçəkləri ilə göz oxşayır. Həmin növ dekorativ bitki kimi parkları bəzəyir.

Yasəmənlərin bəzi növləri mövsümün uyğun olmadığı bölgələrdə yalnız istixanalarda yetişdirilir, ancaq onların çoxu qış mövsümünü asanlıqla açıqda keçirə bilir. Yasəmənlər calaq üsulu ilə çoxaldılır. Ətirli yasəmənin çiçəklərindən kosmetik vasitələr istehsalında istifadə olunur. Ful adı ilə tanınan ərəb yasəmənin çiçəklərindən isə yasəmən çayı hazırlanır.

Yasəmən gülünün suyu da şəfa mənbəyidir. Onun suyu saçlara parlaqlıq verir, onları günəş şüasından qoruyur. Enliyarpaq yasəmənin yarpaqları dəri xəstəliklərində, ağız yaraları və diş ağrısı zamanı faydalı təsir göstərir. Çiçəklərinin suyu ilə yorğun gözlərin yuyulmasında istifadə edilir. Yasəmən ətri əsəbləri sakitləşdirir. Yasəmən gülünün cövhərindən bir çox üz və saç maskalarında da istifadə olunur.