Alternative content

21:40 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
Parlamentin komitə iclasında ombudsmanın 2017-ci il üzrə illik məruzəsi barədə müzakirələr aparılıb
ANA SƏHİFƏ / PARLAMENT
01:04 21.04.2018

 

Aprelin 20-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti  iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova əvvəlcə 11 aprel - prezident seçkilərində qazandığı uğurlu qələbəyə görə dövlət başçısına təbriklərini çatdırıb. Sədr müavini bildirib ki, Azərbaycan xalqı 11 aprel tarixində növbəti dəfə müdrik seçim edərək Prezident İlham Əliyevə səs verdi. O, demokratik, şəffaf, ədalətli seçki prosesində iştirakına görə  hamıya təşəkkürünü bildirib və bu seçimin hər bir vətəndaşımızın üzərinə qoyduğu vəzifələrdən söz açıb. 

Sonra Bahar Muradova komitə üzvü, dəyərli alim və ictimai xadim Astan Şahverdiyevin vəfatından olduqca kədərləndiklərini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.

Daha sonra iclasda Azərbaycan Respublikası insan hüquqları üzrə  müvəkkilin (Ombudsman) illik məruzəsi dinlənilib. İclasda iştirak edən  Ombudsman Aparatının rəhbəri Aydın Səfixanov sənədi təqdim edib.

Milli Məclisin deputatları Əflatun Amaşov, Tahir Kərimli, Elman Nəsirov, Fazil Mustafa, Hikmət Məmmədov, Flora Qasımova sənədlə bağlı fikirlərini, təklif və iradlarını bildiriblər. Aydın Səfixanov komitə üzvlərinin suallarını cavablandırıb, maraqlı təkliflərin nəzərə alınacağını qeyd edib.

Məruzə komitə üzvləri tərəfindən ümumilikdə yüksək dəyərləndirilib  və nəzərə alınıb.

Komitədə “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bahar Muradova bildirib ki, qanun layihəsindəki dəyişikliklər “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədilə aparılıb. 

Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid qanun layihəsindəki dəyişikliklərin mahiyyətini açıqlayıb. Bildirilib ki, qanunun 21-ci (Kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına icazə) maddəsinin 1-ci bəndi yeni redaksiyada verilib. Dəyişikliyə əsasən, qanunla reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər. Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbuat nəşrlərində bu barədə məlumat çap olunmalıdır. Dövri mətbu nəşrlərdə yayımlanan elanlarda (anonslarda) əmtəə nişanının, reklamvericilərin, sponsorun adının və loqosunun yerləşdirilməsi reklam hesab olunur. Qanuna edilən əlavəyə əsasən, haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” qanunun tələbləri nəzərə alınmaqla təkzib olunur. Milli Məclisin deputatları və dəvət olunmuş mütəxəssislər dəyişikliklərin zəruri olduğunu vurğulayıblar.

Sonra iclasda “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda texniki xarakterli dəyişikliklərə baxılıb.

Ətraflı müzakirələrdən sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.