Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:07 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həyat bir nərdivandır...
Həyat bir nərdivandır...
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 21.04.2018

 

Xalq şairi Nəriman Həsənzadə yaradıcılığını sevənlərlə “Loqos”da bir araya gəldi

 

Sözün poetik, lirik, dramatik, epik formasında qələmini sınamaq hər şairə, nasirə, publisistə nəsib olmur. Belə xoşbəxt qələm adamlarından biri də xalq şairi Nəriman Həsənzadədir. Nisbi xoşbəxtliyi poetik dillə ifadə edən,  “Şöhrət” ordenli, Prezident təqaüdçüsü, əməkdar incəsənət xadimi, milyonlarla oxucusunun,  minlərlə tələbəsinin sevimlisi Nəriman Həsənzadə ilə hər görüş, məkanından və zamanından asılı olmayaraq, ədəbi hadisəyə çevrilir.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin  dəstəyi ilə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi tərəfindən təşkil edilən “Həyat bir nərdivandır” adlı tədbir  də ədəbi hadisə kimi yaddaşlara yazıldı.

Tədbirin təşkilatçısı Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Təranə Məmmədova da məhz xalq şairi ilə hər görüşü belə adlandırıb əlavə etdi ki, xalqımızın Nəriman Həsənzadə kimi tanınmış şairləri, ziyalıları ilə  görüşlərin keçirilməsi gənc nəslin intellektual səviyyəsinin yüksəlməsində, dünyagörüşünün genişlənməsində, bədii ədəbiyyata marağının artırılmasında, mənəvi dünyasının zənginləşməsində mühüm rol oynayır: “Ustadımızın sözlə bağlı maraqlı bir poetik ovqatını dilə gətirməmək günah olar:

 

Bilmirəm, bir ömür yaşamışammı,

Ya heç yaşamağa başlamışammı?!

Bəlkə yüz ilim var hələ qabaqda,

Bəlkə bircə həftə qalıb o vaxta?!

Deyirlər söz qalır dünyada yalnız,

Biz gəldi-gedərik qalan hamımız.

Deyə bilərsənmi qalan söz olsun,

Adımla çəkilən filan söz olsun!..

 

Görüşün aparıcısı, əməkdar mədəniyyət işçisi, şair Vaqif Bəhmənli özünün və neçə-neçə qələm sahibinin yaradıcılığının parlamasında mayak hesab etdiyi xalq şairinin həyatının ağrı-acılı səhifələrini yığcam şəkildə vərəqlədi. Fikrinin əsas qayəsi o oldu ki, sözlə sağalmaq istəyənlər Nəriman Həsənzadənin insanları həyata bağlayan şeirlərinə müraciət etsin. Çünki o, sözü ilə loğman, fikri ilə bir ümmandır.

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid xatırlatdı ki, 1931-ci il fevral ayının 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub, bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirən Nəriman Həsənzadənin uşaqlıq illəri min bir əzabla keçib. 1949-1953-cü illərdə indiki Gəncə Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb. Moskvada İkiillik Ədəbiyyat, beş il  isə  Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspirantı olub. Bədii yaradıcılıqla yanaşı, elmi fəaliyyəti ilə də diqqəti cəlb edib. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi (indi fəlsəfə doktoru) alimlik dərəcəsi alıb. “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, 1976-1990-cı illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru  vəzifələrində çalışan  şair SSRİ Yazıçılarının Ədəbiyyat Fondu Azərbaycan bölməsinin direktoru olub.

N.Həsənzadənin ədəbi-bədii və ictimai-siyasi fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək  qiymətləndirilib. O, 2005-ci ildə xalq şairi fəxri adına layiq görülüb və 2011-ci ildə “Şərəf” ordeni ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən  xalq şairi Azərbaycan Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasının müdiri vəzifəsində işləyir, dosentdir.

Şair Nəriman Həsənzadənin yüksək bədii səviyyəyə malik əsərləri xarici mətbuat səhifələrində, o cümlədən “Vətənsiz” poeması 2009-cu ildə Rumıniyada, “Nuru Paşa” poeması isə Türkiyədə dərc edilib. Həmin il  Türkiyədə keçirilən “Kayseri poeziya günləri”ndə şair yüksək mükafatlara layiq görülüb, “İlin şairi” elan olunub və ona “Uğur - 2009” diplomu verilib.

Görüşün maraqlı və yaddaqalan anları az olmadı. Azərbaycan Dillər Universitetinin işarət dili təlimçisi Turan Məmmədli ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi Belinay Yılmazın xalq şairinin şeirini bədii  qiraət və mimika (işarət  jestləri) ilə təqdim etmələri, həmçinin müğənni Səyyad Əlizadənin mahnıları  xoş ovqat yaratdı.

Sonda xalq şairi onun yaradıcılığına böyük dəyər verən  sevimli oxucularına yeni şeirlərini oxumaqla yanaşı, musiqili, ədəbi-bədii tədbirin təşkili üçün “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin  Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM