Alternative content

09:37 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstanın “Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının sədri David Bejuaşvilidən “ Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının üzvü Gela Bejuaşvilidən
Gürcüstanın “Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının sədri David Bejuaşvilidən “ Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının üzvü Gela Bejuaşvilidən
ANA SƏHİFƏ / Məktublar
05:04 20.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi, ailənizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edək.

Son onilliklər ərzində Azərbaycan dinamik, dayanıqlı, davamlı inkişaf edib və möhkəmlənib. Əhalinin rifahı yaxşılaşıb, dövlət hakimiyyəti və idarəetmə sistemi möhkəmlənib, təhsil və səhiyyənin səviyyəsi yüksəlib. Dövlətin siyasi, ictimai, iqtisadi həyatının digər sahələrində böyük irəliləyişə nail olunub.

Qonşu və dost Azərbaycanın uğurlarını biz sevinc və iftixar hissi ilə izləyir, şəxsən Sizə və bütün dost Azərbaycan xalqına yeni-yeni uğurlar, firavanlıq və əmin-amanlıq arzulayırıq. Ölkənizin möhkəmlənməsində, müasir, güclü və nüfuzlu dövlətə çevrilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini yüksək dəyərləndirir və unutmuruq. Qafqaz regionunun inkişafına və ölkələrimizin dünya xəritəsində geosiyasi mövqe tutmasına Sizin ulu öndər Heydər Əliyevin verdiyi töhfələri minnətdarlıq və ehtiramla xatırlayırıq.

Hörmətli İlham Heydər oğlu, çox sağ olun ki, Siz öz xalqının və Vətəninin sədaqətli oğlu olan atanızın tarixi irsini ləyaqət və iftixarla davam və inkişaf etdirirsiniz.

Arzu edirik ki, Azərbaycan layiq olduğu sülhə, tərəqqiyə və dövlətin ərazi bütövlüyünün bərpasına nail olsun. Gürcüstanla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə bacardığımız qədər töhfə verməyə, ölkələrimizin iqtisadi potensialını möhkəmləndirməyə, Azərbaycanın getdikcə inkişaf edən iqtisadiyyatına investisiyalar cəlb etməyə və özümüz investisiya qoymağa hər zaman hazır olduğumuzu bildiririk.

Biz Azərbaycanı daha qüdrətli, vahid və firavan görmək istəyirik. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan yeni-yeni uğurlar qazanacaq və gələcəyə inamla addımlayan geniş real imkanları olan ölkə kimi qalacaq.

Ən xoş arzularla və dərin hörmətlə,

 

David Bejuaşvili

Gürcüstanın “Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının sədri

 

Gela Bejuaşvili

“Georgian Industrial Group” Şirkəti Direktorlar Şurasının üzvü


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM