Alternative content

18:28 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırovadan
Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırovadan
ANA SƏHİFƏ / Məktublar
05:04 20.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə prezidentliyinizin yeni dönəmində uğurlar arzulayıram.

Sizin yürütdüyünüz siyasət sayəsində Azərbaycan dövləti yeni inkişaf səviyyəsinə yüksəlib. İnanıram ki, tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə də nail olacaqsınız. Xaricdə yaşayan bir azərbaycanlı kimi mən və rəhbərlik etdiyim Azərbaycan–Niderland “Odlar yurdu” cəmiyyətinin üzvləri Sizi dəstəkləyir və inanırıq ki, Azərbaycanın sosial, iqtisadi, maliyyə, hərbi, müdafiə və digər sahələrdə inkişafı naminə fəaliyyətinizi uğurla davam etdirəcəksiniz.

Möhtərəm cənab Prezident, Sizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

 

Firəngiz Bağırova

Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyətinin sədri