Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:10 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Akademik Teymur Kərimli: Bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 24 nəfər qəbul olunub
Akademik Teymur Kərimli: Bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 24 nəfər qəbul olunub
ANA SƏHİFƏ / Elm və texnika
01:04 20.04.2018

Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, müvafiq elmi müəssisələrin rəhbərlərinin və əməkdaşların iştirak etdikləri iclasda bölmənin akademik-katibi, akademik Teymur Kərimli gündəlikdəki məsələləri diqqətə çatdırdıqdan sonra elmi-təşkilati məsələlərə baxılıb. Bölməyə daxil olan elmi müəssisələrdə 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında müzakirə aparılıb və dissertasiya mövzuları barədə məlumat verilib.

Akademik T.Kərimli bu il fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 24 nəfərin qəbul olunduğunu bildirib. Akademik qeyd edib ki, dissertasiya mövzuları doktorantlara verilməzdən əvvəl elmi müəssisələrdə müvafiq sahənin alimləri tərəfindən hərtərəfli müzakirə olunmalıdır. Alim mövzuların müasir dövrdə elmin qarşısında duran əsas vəzifə və tələblərə uyğun seçilməsini tövsiyə edib.

Müzakirələrdən sonra doktorantların dissertasiya mövzuları təsdiq olunub və Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.

İclasda bölmənin elmi müəssisələrində struktur dəyişiklikləri ilə bağlı məsələlərə baxılıb. Bölmənin qərarı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin nəzdində ədəbi cərəyanlar sektorunun yaradılması, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Şirvani adına Aran regional şöbəsinin Aran regional filialı adlandırılması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Sonra AMEA alimlərinin postdoktoral elmi tədqiqatlarının tamamlanması məqsədilə Avropanın nüfuzlu elmi-tədqiqat müəssisələrinə göndərilməsi üçün elan olunan müsabiqə barədə müzakirələr aparılıb və bölmə üzrə namizədlərin təsdiqi və müsabiqəyə təqdim edilməsi qərara alınıb.

İclasda kadr məsələsinə də baxılıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM