20 Aprel 2018 11:04
354
Mədəniyyət
A- A+

Tanınmış şairə Sona Vəliyevanın “Qar ətri” kitabı ingilis dilində işıq üzü görüb

Bakıda “Vektor” Beynəlxalq Nəşrlər Evi tanınmış Azərbaycan şairəsi Sona Vəliyevanın "Qar ətri" (The Smell of Snow) şeirlər kitabını ingilis dilində çap edib. Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Kitabın redaktoru Henri Braundur.

AZƏRTAC xəbər verir ki, topluya şairənin 63 şeiri daxil edilib. Kitab dörd bölmədən ibarətdir - giriş, ev, sevgi və təbiət. Topluya “Ön söz” yazan tərcüməçi deyir: “Qar ətri” kitabı müasir Azərbaycan poeziyasının (XXI əsr) istedadlı nümayəndələrindən biri olan Sona Vəliyevanı ingilisdilli oxucularla tanış etmək məqsədi daşıyır. Kitab, həmçinin ingilis dilində müasir Azərbaycan şeiri ilə maraqlanan insanlar üçün də faydalı olacaq. Bu iki kateqoriyadan olan oxucuları nəzərə alaraq, mən şairənin ən yaxşı şeirlərini seçdim və onları şərhlər və izahlarla birlikdə kitaba daxil etdim, çalışdım ki, şərhlərdəki informasiya yükü bir qədər çox olsun”.

“Ön söz”də daha sonra deyilir ki, Sona Vəliyevanın şeirlərində qaldırılan geniş məsələlər, mövzu zənginliyi ciddi sosial və poetik çağırışlar vəd edir. Forma və məzmun yeniliyi, canlı, tutumlu misralar, qafiyəsiz bəndlər... bütün bunlar yeni nəsil Azərbaycan şairlərinin, o cümlədən Sona Vəliyevanın yaradıcılığında nəzərəçarpan xarakterik cəhətlərdir.

Kitaba şairənin müxtəlif illərdə yazdığı əsasən sərbəst şeirləri daxil edilib. Əsas mövzular ev, sevgi, təbiət və sosial məsələlərlə bağlıdır. Onun şeirləri beynəlxalq dəyərlərə söykənir, bu şeirlərdə, sözün böyük mənasında, sevgi var - Vətənə, evə, ailəyə, Allaha, təbiətə, dosta, azadlıq və tolerantlıq prinsiplərinə... Dünyaya sevgi sayılan dəyərlərin taleyi şairəni narahat edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video