Alternative content

12:12 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vyetnam Sosialist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqdan
Vyetnam Sosialist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronqdan
ANA SƏHİFƏ / Məktublar
09:04 19.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev.

Vyetnam Sosialist Partiyasının Mərkəzi Komitəsi adından və şəxsən öz adımdan yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə və Yeni Azərbaycan Partiyasına təbriklərimi qəbul edin. Ürəkdən inanıram ki, Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası bundan sonra da firavanlaşacaq, regional və qlobal sülhə, təhlükəsizliyə və inkişafa töhfə verəcək. Vyetnam Sosialist Partiyası və hökuməti Azərbaycan Respublikası ilə ənənəvi dostluq münasibətlərini və müxtəlif sahələrdə əlaqələri genişləndirərək Azərbaycan Prezidenti və Yeni Azərbaycan Partiyasının sədri kimi Sizinlə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

Nquyen Phu Tronq

Vyetnam Sosialist Partiyası Mərkəzi Komitəsinin baş katibi