19 Aprel 2018 07:04
402
Məktublar
A- A+

Rusiya Federasiyasının Primorye diyarındakı Azərbaycan icmasının sədri Mərdan Novruzovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Primorye azərbaycanlıları adından səmimi qəlbdən təbrik edirik. Sizin seçkilərdəki inamlı qələbəniz barədə xəbər Primorye diyarında yaşayan azərbaycanlıların qəlbində xoş duyğular oyatdı. Xalqımızın 11 aprel seçkilərində nümayiş etdirdiyi yekdillik bir daha sübut etdi ki, azərbaycanlılar Vətənimizin rifahı naminə Sizin siyasətinizi və təşəbbüslərinizi tam dəstəkləyir, rəhbərlik istedadınızı və müdrikliyinizi yüksək qiymətləndirir, Azərbaycanın tərəqqisi və sevimli ölkəmizin bütün dünyada nüfuzunun möhkəmlənməsi işində ümummilli lider Heydər Əliyev ideallarına və kursuna sədaqətinizə ehtiramla yanaşırlar.

Sizin qayğıkeş və uzaqgörən rəhbərliyinizlə Azərbaycan Respublikası gündən-günə güclənir və gözəlləşir. Sizin çox dəyərli ideyalarınız və gərgin əməyiniz sayəsində xalqımızın çoxəsrlik ənənələri ilə ən müasir texnologiyaların uzlaşdırılması Azərbaycanın simasını dəyişib, onu bütün dünyada həmvətənlərimiz üçün qürur mənbəyinə, digər millətlərin nümayəndələri üçün isə hörmət obyektinə çevirib.

İcazə verin, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə, tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların, planetimizin müxtəlif regionlarındakı həmvətənlər təşkilatlarının və birliklərinin dəstəklənməsinə misilsiz töhfənizə görə Sizə çox böyük minnətdarlığımı ifadə edim.

Primorye azərbaycanlıları Sizə möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanın rifahı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar arzu edirlər.

Dərin hörmətlə,

 

Mərdan Novruzov

Rusiya Federasiyasının Primorye diyarındakı

Azərbaycan icmasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video