19 Aprel 2018 07:04
516
Səhiyyə
A- A+

İnsanın görmə qabiliyyətini bərpa edən metod aşkar olunub

Hindistan alimləri gözün içərisində əvvəllər ancaq dəridə olduğu hesab edilən xüsusi yağ növü aşkar ediblər. Bu kəşf diabet xəstəliyinin nəticəsi olan və qan damarlarını məhv edərək tor qişanın qan təminatını pozan retinopatiyanın inkişafını ləngitməkdə böyük əhəmiyyətə malik ola bilər.

AZƏRTAC “MedVesti” saytına istinadla xəbər verir ki, alimlər qan damarlarının hüceyrələrindəki sellülozda uzunzəncirli yağların olduğunu və onların retinopatiyanın meydana gəlməsinin qarşısını aldığını iddia edirlər. Bu kəşfi şərh edən Miçiqan Universitetinin mütəxəssisi Yuliya Brusik damarlardakı sellüloz ilə hematoretinal baryerin tərkibinə daxil olan və sellülozları iri molekulların müdaxiləsindən qoruyan bərk birləşmələrin sıx əlaqəsini təsdiq edib. Məlum olduğu kimi, diabet şəkərin və yağların səviyyəsinin artması ilə müşayiət olunur, orqanizmdə qida maddələrinin tarazlığının və damarların elastikliyinin pozulmasına səbəb olur. Bunun nəticəsi olaraq, retinopatiyanın inkişafı ehtimalı artır. Uzunzəncirli yağlar və enzimlər sellülozu qoruyur. Alimlər müsbət təsirin səbəbini aydınlaşdırmaq üçün tədqiqatı davam etdirirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video