Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
Memarlıq və İnşaat Universiteti Yıldız Texniki Universiteti ilə əməkdaşlıq edəcək
ANA SƏHİFƏ / Təhsil
07:04 19.04.2018

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova Türkiyənin Yıldız Texniki Universitetinin rektoru, professor Bahri Şahin və tətbiqi elmlər fakültəsinin dekanı, professor Sezgin Bakırdere ilə görüşüb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə hər iki universitet arasında təhsil sahəsində əməkdaşlığın gələcək perspektivləri, istiqamətləri, uğurlu nəticələri müzakirə olunub. Daha sonra görüş universitetin professor-müəllim heyəti və əməkdaşlarının iştirakı ilə davam etdirilib.

Yıldız Texniki Universitetinin rektoru Bahri Şahin rəhbərlik etdiyi universitet, ixtisaslar və fakültələr barədə geniş məlumat verib.

Rektorun geniş təqdimatından sonra AzMİU ilə Yıldız Texniki Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, hər iki universitet təhsil və tədqiqat sahələrində əməkdaşlıq edəcək.