Alternative content

19:55 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti AMEA-nın Ədəbiyyat İnstitutunda
Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti AMEA-nın Ədəbiyyat İnstitutunda
ANA SƏHİFƏ / Elm və texnika
04:04 19.04.2018

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pekin Xarici Dillər Universitetinin nümayəndə heyəti ilə görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Çin arasındakı elmi əlaqələrin əhəmiyyətindən danışıb.

Akademik İ.Həbibbəyli institutun Çin Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında məlumat verib.

Çıxış edən çinli qonaqlar birgə elmi araşdırmalar aparılmasının vacibliyini vurğulayıblar.

Sonra nümayəndə heyəti institutun Çin Mədəniyyət Mərkəzi ilə tanış olub.