Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

11:23 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda İƏT Gənclər və İdman Nazirlərinin 4-cü sessiyası başa çatıb
Bakıda İƏT Gənclər və İdman Nazirlərinin 4-cü sessiyası başa çatıb
ANA SƏHİFƏ / Məktublar
04:04 19.04.2018

 

Aprelin 19-da Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri Gənclər və İdman Nazirləri (GİN) Konfransının 4-cü sessiyası öz işini başa çatdırıb.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin ev sahibliyi ilə həyata keçirilən tədbir İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə reallaşıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edən konfransda İƏT Gənclər strategiyası, Ortaq Gənclər Fəaliyyəti və İdman üzrə qətnamələr, konfransın yekun hesabatı, nazirlərin görüşünün 5-ci sessiyanın tarixi və yerinin müəyyənləşdirilməsi ilə bağlı qərar, eləcə də yekun Bakı Bəyannaməsi müzakirə olunaraq qəbul edilib.

Bakı tədbirinin özəl cəhətlərindən biri İƏT tarixində ilk dəfə olaraq bu arealda konkret sahələr - təhsil, elm, məşğulluq, biznes və s. üzrə gənclərin inkişafına xidmət edəcək Gənclər strategiyası, eləcə də bu quruma üzv olan ölkələrin gənclik siyasəti sahəsində fəaliyyətini əlaqələndirəcək Ortaq Gənclər siyasətinin qəbul edilməsidir. 2025-ci ilədək dövrü əhatə edəcək bu fəaliyyət planları İƏT ölkələrində gənclərlə bağlı ən əhatəli sənəddir. Bu sənədlərin qəbulu Azərbaycanın İƏT ölkələrinin gənclər siyasəti sahəsinə verdiyi önəmli töhfələrdən biri hesab olunur.

Konfransın yekun Bakı Bəyannaməsində bütün qəbul edilən qərarlara üzv ölkələrin öhdəlikləri qeyd olunmaqla yanaşı, Azərbaycan dövləti ilə həmrəylik və tam dəstək nümayişi olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqınların geri qaytarılması, İƏT Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” kampaniyasına dəstək verilməsinə üzv dövlətlərin dəvəti, işğal olunmuş ərazilərdə bütün növ gənclər və idman tədbirlərinin boykotu kimi müddəalar da öz əksini tapıb.

Bakı Bəyannaməsində, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 11-də keçirilən prezident seçkilərində qalib gəlməsi münasibətilə üzv dövlətlərin yekdil təbriki də əks olunub.

Tədbirdə İƏT Gənclər və İdman nazirlərinin 5-ci sessiyasının 2020-ci ildə Səudiyyə Ərəbistanında keçirilməsi qərara alınıb.

İƏT GİN nazirləri Bakı toplantısında 40-dan çox İƏT ölkəsini təmsil edən gənclər və idman üzrə nazirlər, agentlik və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM