Alternative content

15:49 19 Aprel 2019
ONLINE XƏBƏR LENTİ
00:58 19.04.2019 Sözünə sadiq PREZİDENT
00:55 19.04.2019 1001-ci...
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevdən
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyevdən
ANA SƏHİFƏ / Məktublar
04:04 19.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyası adından Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Sizin xalqımızın yüksək etimadını qazanaraq prezident seçilməyiniz Ukraynada yaşayan 500 mindən çox azərbaycanlının böyük sevincinə səbəb olmuşdur. Aprelin 11-də keçirilmiş prezident seçkilərində qazandığınız parlaq qələbə ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməyinizin məntiqi nəticəsidir. Qürurla qeyd etmək istəyirik ki, Sizin rəhbərliyinizlə doğma Azərbaycanımız inkişaf edərək dünyanın aparıcı ölkələri arasında öz layiqli yerini tutmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan 10 milyonlarla azərbaycanlı bu gün inkişaf və intibah tarixini yaşayan müstəqil dövlətimizlə fəxr edir, bu yolda Sizin yürütdüyünüz uğurlu siyasəti tam dəstəkləyir. Bu şərəfli və məsuliyyətli işinizdə Sizə böyük uğurlar və yeni-yeni nailiyyətlər diləyir, Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı və səadət arzulayırıq.

Möhtərəm Prezident, Sizi əmin etmək istəyirik ki, Ukraynada yaşayan hər bir soydaşımız özünü müstəqil dövlətimizin sıravi əsgəri hesab edir, istənilən vaxt Sizin çağırışınıza qoşularaq işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsinə hazır olduğunu bildirir. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daha böyük inkişaf yolu keçəcək, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.

Hörmətlə,

 

Rövşən Tağıyev

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri,

Ukrayna Millətlər Assambleyasının rəhbəri



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM