Alternative content

14:59 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyası Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Milli Elmlər Akademiyası Pekin Xarici Dillər Universiteti ilə əməkdaşlığı genişləndirir
ANA SƏHİFƏ / Elm və texnika
03:04 19.04.2018

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Pekin Xarici Dillər Universitetinin (PXDU) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkəmizdə elmin inkişafı istiqamətində görülən işlər, əldə olunan nailiyyətlər barədə məlumat verib. Akademik Azərbaycan-Çin elmi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycanın elm ocaqları ilə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, kadr hazırlığı məsələləri müzakirə edilib.