Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

20:39 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mustafa Babanlı: Konfransda qırxdan çox rektor ali təhsilin mühüm məsələlərini müzakirə edəcək
Mustafa Babanlı: Konfransda qırxdan çox rektor ali təhsilin mühüm məsələlərini müzakirə edəcək
ANA SƏHİFƏ / Təhsil
03:04 19.04.2018

Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) 1965-ci ildə yaradılıb. Bu platformada dünyada ali təhsildə baş verən yeniliklər, gələcəyə baxış və digər məsələlər müzakirə olunur. Bugünkü tədbirin Azərbaycanda keçirilməsinə üç ildir ki, hazırlaşırıq. Beləliklə biz regionda və dünyada ali məktəblər arasında körpü rolunu oynaya bildik.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bildirib.

Rektor deyib: “ADNSU 2015-ci ildən UPBA-nın üzvüdür. Bu konfransın ölkəmizdə keçirilməsinə qısa vaxtda nail ola bildik. UPBA-nın prezidenti Kaxa Şengeliya ölkəmizi ev sahibi kimi seçib, buna görə ona təşəkkürümü bildirirəm. Tədbirə qatılan 40-dan çox rektor iki gün ərzində, dünya ali təhsilində baş verən yenilikləri, gələcəyə baxışı müzakirə edəcək. Forumda təkcə Gürcüstandan 10-dan çox rektor iştirak edir. Bundan istifadə edərək konfrans çərçivəsində Gürcüstan və Azərbaycan rektorlarının iclaslarını keçirmək fikrindəyik”.

M.Babanlının sözlərinə görə, Gürcüstan tərəf “Gürcüstan-Azərbaycan Ali Məktəblərinin Assosiasiyası”nı yaratmaq və ildə bir dəfə hər iki ölkədə bu qurumun iclaslarını keçirmək təklifini irəli sürüb. Bu, qonşu və dost ölkələrin ali məktəblərinin bir-birinə inteqrasiyasını və mobillik məsələlərini həll etməsinə kömək göstərəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM