Alternative content

09:37 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Almaniyada yaşayan Əməkdar Artisti, bəstəkar və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arif Mirzəyevdən
Azərbaycan Respublikasının Almaniyada yaşayan Əməkdar Artisti, bəstəkar və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Arif Mirzəyevdən
ANA SƏHİFƏ / Məktublar
12:04 19.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli və dəyərli Prezidentimiz.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız möhtəşəm qələbə münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Mübaliğəsiz deyə bilərəm ki, 2018-ci il aprel ayının 11-i həyatımın ən xoşbəxt günlərindən biri oldu. Prezident seçkilərində azərbaycanlıların və respublikamızda yaşayan digər millətlərdən olan vətəndaşların etimadı nəticəsində Sizə verilmiş fantastik səs faizi (86,02) tamamilə nadir bir haldır. Mən digər ölkələrdəki prezident seçkiləri prosesində xalqın belə yekdilliyini görmədim.

Keçirilmiş seçkilərin yekunu fenomenal oldu: Azərbaycan xalqı ötən üç dönəm – 15 il ərzində görkəmli siyasi xadim kimi məhz Sizi bu ali vəzifəyə yenidən layiq görüb. Hər kəsə aydın oldu ki, ölkəyə rəhbərlik etdiyiniz illər ərzində Siz dünya siyasətinin dahisi, ulu öndər Heydər Əliyevin qurduğu bünövrə üzərində tamamilə yeni, nadir, müasir və çoxşaxəli, modern iqtisadiyyatı olan müstəqil dövlət yaratmağa müvəffəq oldunuz. Ənənəvi neft və qaz sahəsindən əlavə, digər istehsal sahələrinə aid yeni zavod və fabriklər inşa edildi. Yüngül sənaye və kənd təsərrüfatı daha tutumlu oldu. Avtomobil və dəmir yollarının yüksək inkişaf səviyyəsi heyrətamizdir.

Azərbaycandan Türkiyəyə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin gerçəkləşdirilməsinin böyük əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Son layihənin həyata keçirilməsi bütün Avropanı heyran edib. Çünki bu layihə Cənubi Asiya regionu ölkələrini bütün Qərbi Avropa ilə birləşdirir. Lap bu yaxınlarda isə qonşu İran istiqamətində Astara-Rəşt dəmir yolunun tikintisinə başlanılmışdır ki, heç bunu ağlımızdan keçirə bilməzdik.

Mən hələ bizim möhtəşəm qaz layihəmiz TANAP-dan danışmıram: Bakıdan bizim qazın Avropa ölkələri üçün Gürcüstan, Türkiyə və Yunanıstan vasitəsilə İtaliyanın cənubuna nəqli Azərbaycan xəzinəsinə milyonlarla avro/dollar gətirəcəkdir. Heç şübhəsiz, milli uğurlar sırasında onu da qeyd etmək lazımdır ki, Siz ən güclü Azərbaycan Ordusunu yaratmısınız və bu Ordu erməni işğalçılarını bizim doğma torpaqlardan birdəfəlik çıxarmağa qadirdir. Bunu Sizdən savayı heç kim edə bilməzdi, əziz Prezidentimiz. Məhz bu səbəbdən Sizin yenidən dövlət başçısı seçilməyiniz daha 7 il müddətinə sabitliyin və inkişafın etibarlı təminatıdır.

Hörmətli cənab Prezident, Vətəndən uzaqlarda yaşasam da Azərbaycanımızın inkişafını və Sizin çoxşaxəli fəaliyyətinizi daim izləyir və bundan qürur duyuram. Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Dərin hörmətlə,

 

Arif Mirzəyev

Azərbaycan Respublikasının Almaniyada yaşayan Əməkdar Artisti,

bəstəkar və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM