Alternative content

00:32 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin prezidenti, Qırğız Respublikasının əməkdar hüquqşünası Əzizağa Əliyevdən
Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin prezidenti, Qırğız Respublikasının əməkdar hüquqşünası Əzizağa Əliyevdən
ANA SƏHİFƏ / Məktublar
12:04 19.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezidentimiz.

Zati-alinizin yenidən Azərbaycan Prezidenti seçilməsinə qəlbən sevinir və Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyi və qardaş ölkədə yaşayan çoxsaylı soydaşlarımız adından Sizə səmimi təbriklərimizi çatdırırıq.

Siz, eyni zamanda, bütün dünya azərbaycanlılarının Prezidentisiniz.

Həyata keçirdiyiniz dövlətçilik siyasəti Azərbaycanımızın müstəqilliyinin möhkəmləndirilməsini, hərtərəfli inkişafını və beynəlxalq aləmdə mövqeyinin getdikcə yüksəlməsini təmin etdikcə, doğma Vətənimizlə daha çox qürur duyuruq.

Əziz Prezidentimiz,

Ali Baş Komandanı olduğunuz Azərbaycan Silahlı Qüvvələrinin Vətən torpaqlarını işğalçılardan azad edəcəyi günün yaxınlaşdığına əminik və Qarabağda keçirəcəyimiz qələbə bayramını səbirsizliklə gözləyirik.

Zati-alinizə uzun ömür, cansağlığı, səadət və ali dövləti vəzifənizdə bundan sonra da böyük uğurlar arzulayırıq.

 

Əzizağa Əliyev

Qırğız Xalq Assambleyasının “Azəri” İctimai Birliyinin prezidenti,

Qırğız Respublikasının əməkdar hüquqşünası