Alternative content

14:57 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadan
Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadan
ANA SƏHİFƏ / Məktublar
11:04 19.04.2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız qələbə münasibətilə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, onun tərkibində fəaliyyət göstərən Nizami Gəncəvi adına Haaqa həftəsonu Azərbaycan dili məktəbinin şagirdləri adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Hörmətli Prezident, inanırıq ki, Azərbaycanımızın yüksəlişi üçün gördüyünüz böyük işlər bundan sonra da davam edəcək və ölkəmiz beynəlxalq aləmdə daim inkişaf etmiş bir ölkə olaraq tanınacaqdır. Biz – Hollandiyada yaşayan azərbaycanlı qadınlar həmişə Sizin siyasətinizi dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Dərin hörmətlə,

 

Mayisə Ağamirzəyeva

Haaqadakı “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri