19 Aprel 2018 10:04
445
Elm və texnika
A- A+

Moskvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə dair “dəyirmi masa” keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans çərçivəsində Moskva Dövlət Linqvistika Universitetində (MDLU) “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, “Dillər və mədəniyyətlər dialoqu çoxqütblü dünyada dinc yanaşı yaşama amili kimi” mövzusuna həsr edilən tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Rusiya üzrə nümayəndəsi Nigar Axundova ümummilli lider Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin Rusiya dövrünə dair maraqlı faktlar açıqlayıb, dahi şəxsiyyətin sənaye, səhiyyə, sosial həyat və digər sahələrdə mühüm islahatlar həyata keçirdiyini qeyd edib.

Tarixçi Manaf Ağayev Ümummilli Liderin Rusiyada Azərbaycan diasporunun formalaşmasında xidmətlərindən danışıb, azərbaycançılıq ideyasının inkişafında rolunu vurğulayıb.

ADU-nun Rusiyaşünaslıq Mərkəzinin müdiri Məmməd Əliyev “Heydər Əliyev və müasir Azərbaycanda dini tolerantlıq” mövzusunda məruzə ilə çıxış edib, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını universitetin ktabxanasına təqdim edib.

MDLU-nun tarix elmləri fakültəsinin dekanı Vladimir Korneyev, MQLU Elmi Şurasının elmi katibi Anton Yemelyanov və başqaları ulu öndər Heydər Əliyevin Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsində müstəsna xidmətlərindən, zəngin dövlət idarəçilik təcrübəsindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video