Alternative content

00:18 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESCO-da Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən danışılıb
UNESCO-da Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən danışılıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 19.04.2018

 

UNESCO-nun baş qərargahında qurumun “Mədəniyyətlərin yaxınlaşması naminə beynəlxalq onillik layihə”nin həyata keçirilməsi ilə bağlı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, UNESCO baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Nada Al-Naşif iclası giriş sözü ilə açaraq, mədəniyyətlərarası dialoqun əhəmiyyətinə, Azərbaycanın bu istiqamətdə quruma verdiyi töhfələrə toxunaraq 5 il ərzində bu sahədə görülən işləri diqqətə çatdırıb.

Ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov çıxış edərək mədəniyyətlərarası dialoqun inkişafında ölkəmizin rolundan söz açıb.  

Azərbaycan Prezidentinin mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə 2008-ci ildə  “Bakı Prosesi”ni irəli sürməsindən danışan səfir bu prosesin əsas məğzinə toxunub. Bildirib ki,  mədəniyyətlərarası dialoqun beynəlxalq  platformasına çevrilmiş Azərbaycan tezliklə “Bakı Prosesi”nin 10 illiyini qeyd edəcək.

2011-ci ildən ölkəmizin Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi etməsindən, onun UNESCO, BMT Sivilizasiyalar Alyansı, Beynəlxalq Turizm Təşkilatı, Avropa Şurası və ISESCO kimi beynəlxalq tərəfdaşlarından danışıb. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin ilk dəfə məhz “Bakı Prosesi” çərçivəsində bir araya gəldiyi vurğulanıb.

Mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində elektron mənbələrin inkişaf etdirilməsi layihəsinin həyata keçirilməsinə ölkəmizin verdiyi töhfələri,  UNESCO-nun bu sahəni bundan sonra da dəstəkləyəcəyini diqqətə çatdırıb.

Bakıda keçirilən sonuncu Mədəniyyətlərarası Dialoq Forumunda  mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində elektron mənbələrin inkişaf etdirilməsi məqsədilə  “Müxtəliflik, dialoq və bölüşmə” adlı nəşrin çap edilməsi irəli sürülüb.

A.Kərimov mədəniyyətlər və dinlərarası dialoqun təşviqində yeni paradiqm və metodlardan istifadənin vacibliyini vurğulayıb.

Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə “Bakı Prosesi” haqqında məlumat verərək bu konsepsiyanın daha da inkişaf etdiriləcəyini, ona insan təhlükəsizliyi və diversifikasiyası, siyasətdə və iqtisadiyyatda insan faktoru konsepsiyalarının əlavə olunacağını bildirib. O, növbəti forum haqqında ətraflı məlumat verib.