Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:49 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri keçiriləcək
Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri keçiriləcək
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 19.04.2018

 

Aprelin 20-dən etibarən xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilən poeziya günləri təşkil olunacaq. Qazax rayonundan start götürəcək poeziya günlərinin ideya müəllifi Qardaşxan Əzizxanlı AZƏRTAC-a bildirib ki, üçüncü dəfə təşkil olunacaq Məmməd Araz poeziya günlərinə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Yazıçılar Birliyi dəstək verir.

“Bu il mərhum şairin anadan olmasının 85 ili tamam olur. Bu münasibətlə Qazax rayonunun Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Sarıvəlli, Birinci Şıxlı, İkinci Şıxlı, Kommuna, Çaylı, Qazaxbəyli kənd, həmçinin şəhər orta məktəblərinin şagirdləri arasında onun şeirlərinin ən yaxşı ifaçısını müəyyənləşdirməkdən ötrü müsabiqə keçirilib. Qaliblər məlumdur. Məmməd Araz poeziya günlərinin açılış mərasimində müsabiqə qalibləri diplom və hədiyyələrlə təltif ediləcək. Tanınmış ictimai xadimlərin, elm, sənət adamlarının, tələbələrin, M.Araz irsinin araşdırıcılarının qatıldığı poeziya günləri geniş ictimaiyyətə çatdırılacaq”, - deyə müsahibimiz söyləyib.

Q.Əzizxanlı, həmçinin bir neçə rayonda keçiriləcək silsilə tədbirlərin M.Arazın doğum günü ərəfəsində onun xatirəsinə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi ilə yekunlaşacağını bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM