Alternative content

17:15 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Səhiyyə naziri aprelin 23-dən 29-dək ölkəmizdə “İmmunlaşdırma həftəsi” keçirilməsi barədə əmr verib
Səhiyyə naziri aprelin 23-dən 29-dək ölkəmizdə “İmmunlaşdırma həftəsi” keçirilməsi barədə əmr verib
ANA SƏHİFƏ / Səhiyyə
09:04 18.04.2018

2006-cı ildən etibarən Avropa regionunda “İmmunlaşdırma həftəsi” keçirilir. Səhiyyə naziri Oqtay Şirəliyev Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə ölkəmizdə də həmin tədbirin keçirilməsi barədə əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əmrdə bu il aprelin 23-dən 29-dək ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili nazirliyin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.

Həftə ərzində immunlaşdırmadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə rayonlarda monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsi və s. məsələlər də əmrdə öz əksini tapıb.